Bəylər Ağayev
Bəylər Tapdıq oğlu Ağayev (3 fevral 1969, Qaraağac, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Bəylər Ağayev | |
---|---|
Bəylər Tapdıq oğlu Ağayev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 1992 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
![]() |
Həyatı
Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.
Döyüşlərdə iştirakı
Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci il… Avqustun 6-sı… Erməni irqçi vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünÜ yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: "Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun" və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri ən uca zirvə — şəhidlik zirvəsinə ucalırlar.[1]
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır.
Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir.
İstinadlar
- Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
- Ağayev Bəylər Tapdıq oğlu: (1969–1992) //Qubadlının Milli Qəhrəmanları: (Plakat).- B.: İşıq, 1993.
- Əsgərov V. Ağayev Bəylər Tapdıq oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.13.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 21–22.