Bəykəndi (Qəzvin)
Bəykəndi (fars. بککندی, az-əbcəd. بَیکَندی) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Bəykəndi | |
---|---|
fars. بککندی | |
36°23′23″ şm. e. 49°34′21″ ş. u. | |
Ölkə | İran |
Region | Qəzvin ostanı |
Rayon | Qəzvin şəhristanı |
Əhalisi | |
Əhalisi | 714 nəfər (2016) |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | Şiə müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98028 |
|
Coğrafiya
Bəykəndi, Qaqazan mahalının böyük və önəmli yaşayış yerlərindən sayılaraq, Qəzvindən 42 kilometr qərbdə və Qəzvin- Rəşt yolunun yaxınlığında yerləşir. Kəndin ən yüksək nöqtəsi buradan quzeydə yerləşən 1,903 metr ucalığı olan Muradtəpə zirvəsidir.[1]
Əhalisi
2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 1.446 nəfər yaşayır (362 ailə). 2016-cı ildə kənd əhalisinin sayı 714 nəfər və 242 nəfərə azalıb.[2]
Milli tərkibi
Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.[1][3]
İqtisadiyyat
Kəndlilərin gəliri əkinçilik, bağçılıq və maldarlıqdan əldə edilir. Üzüm və Buğda Bəykəndinin əsas məhsullarıdır.[1]
İstinadlar
- "Oxumalılar". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- "kənd əhalisi". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- "See İran". 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.
- "Vista". 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- "Viki Əhli Beyt". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.