Bəyimli (Ağsu)
Bəyimli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Bəyimli kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çiyni kəndi mərkəz olmaqla, Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Bəyimli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Toponimikası
Kəndin ərazisi keçmışdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır.[2]
Tarixi
Tarixi abidələri
Bəyimli kəndi ərazisində yerli əhalinin "Torpaqqala" adlandırdığı yerdə qədim yaşayış məskəni var.[3]
Coğrafiyası və iqlimi
Kənd Girdimançayın sahilində, düzənlikdə yerləşir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- Bəyimli (Ağsu) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Ağsu rayonu ərazisində qədim yaşayış məskəni: [Bəyimli kəndi ərazisində yerli əhalinin “Torpaq qala” adlandırdığı yerdə qədim yaşayış məskəninin aşkar edilməsi haqqında] //Mədəniyyət.- 2015.- 16 yanvar.- S.11.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.