Bəydəmirli

BəydəmirliAzərbaycan Respublikasının Gədəbəy rayonunun Çayrəsullu inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 46 km şimal-qərbdə, Moruqlu dağ silsiləsinin (Kiçik Qafqaz) cənub yamacındadır.

Bəydəmirli
40°38′ şm. e. 45°29′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 105 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2137[1]
Bəydəmirli xəritədə
Bəydəmirli
Bəydəmirli

Tarixi

Əhalinin bu əraziyə köç etməsi 19-cu əsrin birinci yarısına təsadüf edir. Bəydəmirli kəndini Abşeron və Şamaxı bölgələrindən gələn köçkünlər yaratmışlar. Yeni yaranmış nəsil genişlənərək, mərkəz Çay Rəsullu kəndi olmaqla ətrafların məskunlaşmasına səbəb olmuşdur.

Toponimikası

Bəydəmirli oyk. Gədəbəy r-nunun Çay Rəsullu i.ə.v.-də kənd. Dağ yamacındadır. Yerli əhalinin məlumatına görə, kənd Bəydəmir oğlu Alı tərəfindən salınmış, onun adı ilə də adlandırılmışdır. Etnotoponimdir.[2]

Coğrafiyası və iqlimi

Bəydəmirli kəndi Şərqdən Tovuz rayonunun Qaradaş kəndi ilə, cənub və qərbdən Gədəbəy rayonunun Çayrəsullu kəndi ilə əhatə olunmuşdur. Kiçik Qafqazın orta dağ qurşağında, dəniz səviyyəsindən 1500–1700 metr yüksəkdə yerləşir. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq iqlim üstündür. Torpağı əsasən qonur dağ-meşə, çimli dağ-çəmən torpağıdır. Zəngin bitki örtüyünə malikdir. Bəydəmirli kəndi sərin və mineral bulaqları, füsünkar təbiət mənzərələri və s. cəhətləri ilə yay turizmi üçün çox əlverişlidir.

Mədəniyyəti

Bəydəmirli kəndi bir çox tanınmış ziyalılar, elm və incəsənət xadimləri yetişdirmişdir. Mərhum ziyalı Fərhad İsmayilov, Qəhrəmanov İlyas, ustad aşıqlar Sənan Quliyev, Cahangir Quliyev, musiqiçi Habil Şınıxlı, balaban ustası Qəzənfər Quliyev şair Mehman Quliyev və başqaları bu kəndin tanınmış nümayəndələrindəndir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 105 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

Mənbə

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.