Bəxtiyar Quliyev (starşina)
Bəxtiyar Sabir oğlu Quliyev (30 avqust 1971, Şuşa, DQMV – 30 may 1994, Bakı) — Azərbaycan hərbçisi, starşina; Qarabağ müharibəsi şəhidi.
Bəxtiyar Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1994 (22 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə yaralanma |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi |
|
Döyüşlər |
Həyatı
Bəxtiyar Quliyev 30 avqust 1971-ci ildə Şuşa şəhərində doğulmuşdur.[1] 1988-ci ildə Şuşa şəhər 2 saylı tam orta məktəbi bitirmişdir.
Hərbi xidməti
1989-cu ilin sonlarında Şuşa Rayon Hərbi Kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Naxçıvan MSSR-in Culfa rayonunda 1991-ci ilə qədər qulluq etmişdir. Bu müddətdə nümunəvi və peşəkar xidmətinə görə adi əsgər (10.12.1989) rütbəsindən yefreytor (01.08.1990), kiçik çavuş (29.11.1990), çavuş (22.02.1991), baş çavuş (08.05.1991) və starşina (14.11.1991) rütbələrinə qədər yüksəlmişdir.
19 aprel 1994-cü ildə Yasamal Rayon Hərbi Kommisarlığı tərəfindən Qarabağ müharibəsinə səfərbər edilmişdir. 701 saylı hərbi hissənin tərkibində döyüşmüşdür.[1]
30 may 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndində ağır yaralanmış və helikopterlə Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da aldığı yaralardan şəhid olmuşdur.
Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]
İstinadlar
- Bəxtiyar Quliyev (starşina) // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). VIII cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2008. səh. 178.