Bəxtiyar Məmmədzadə

Məmmədzadə Bəxtiyar Məmməd oğlu (10 fevral 1947, Sabirabad - 26 fevral 2010, Bakı) — Azərbaycan filoloqu, əruz vəzninin tədqiqatçısı, XIX əsr Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsinin mütəxəssisi, şair, alim və pedaqoq.

Bəxtiyar Məmmədzadə
Bəxtiyar Məmməd oğlu Məmmədzadə
Doğum tarixi
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi

Həyatı

Bəxtiyar Məmmədzadə 1947-ci ildə Azərbaycanın Sabirabad şəhərində dünyaya gəlmişdir. Orta təhsilini Bakı şəhərində almışdır. 1964-cü ildə Bakıda S.S.Axundov adına 172 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969 - 1972-ci illərdə təyinatla Azərbaycanın Puşkin rayonunun Xırmandalı kəndində orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmişdir.

Elmi fəaliyyəti

1972-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1980-1984-cü illər baş müəllimi, 1984–2010-cü illər dosenti kimi elmi–pedagoji iş fəaliyyətini davam etdirmişdir. 1994-cü ildən 2010-cu ilə qədər Bakı Asiya Universitetinin şərqşünaslıq və filologiya fakültələrinin dekanı vəzifəsində işləmişdir.

Əsas tədris etdiyi fənnlər: XIX əsr Azərbaycan ədəbiyyatı tarixi; Mətnşünaslıq; Əruzun nəzəri əsasları; Ədəbi-tənqid tarixi; Elmin tədrisi metodikası.

Əsas tədqiq etdiyi sahələr: Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi; poetika.

1979-cu ildə "Nəcəf bəy Vəzirovun komediyalarında sənətkarlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı illərin əvvəllərində yazıb bitirdiyi "Seyid Əzim Şirvani sənəti" mövzusunda doktorluq dissertasiyasını tamamlamışdır.

Fəaliyyəti fəxri fərmanlarla təltif edilmişdir.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Bəxtiyar Məmmədzadə 4 kitabın, tədris proqramları və yüzə qədər çap olunmuş elmi məqalənin müəllifi idi.

Kitabları

  1. Seyid Əzim Şirvani anadilli poeziyasında bədii dil (poetik sintaksis). BDU, Bakı, 1998, 40 səh.
  2. Seyid Əzim Şirvani anadilli poeziyasında vəzn. BDU, Bakı, 1999, 45 səh.
  3. Feyzulla Qasımzadə (Ömrün yüz ili). "Azərbaycan universiteti" nəşr., Bakı, 2001, 50 səh.
  4. Zirvədən zirvəyə. (Seçmə məqalələr toplusu) "MBM" nəşr, Bakı, 2012, 160 səh.

Hazırladığı proqramlar

  1. Mətnşünaslıq (proqram). Bakı Asiya Universiteti, Bakı, 2003, 12 səh.
  2. Elmin tarixi və metodologiyası (Azərbaycan ədəbiyyatı tarixçiliyi), proqram, Bakı Asiya univ., Bakı, 2003, 14 səh.
  3. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (proqram), "Azərbaycan ədəbiyyatı proqramları", BDU, Bakı, 2007, səh. 18-29.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.