Bəxtiyar Hacıyev
Bəxtiyar İlyas oğlu Hacıyev (28 mart 1982, Zod, Vardenis rayonu) — azərbaycanlı siyasətçi, ictimai fəal, keçmiş siyasi məhbus.[1]
Bəxtiyar Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1982 (41 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasi fəal[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Bəxtiyar Hacıyev 1982-ci il martın 28-də Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1989–2000-ci illərdə Ağdaş Özəl Türk Liseyində tam orta təhsil alaraq oranı qızıl medalla bitirib.
1998–2000-ci illərdə Respublika Fənn Olimpiadası çərçivəsində "Fizika" fənni üzrə 2 və 3-cü yerləri tutmuş, 2000-ci ildə isə İngiltərədə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafat qazanmışdır.
2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr səviyyəsi üzrə ali təhsil almışdır. Daha sonra ali təhsilini davam etdirmək məqsədilə 2004–2006-cı illərdə Xəzər Universitetində magistr səviyyəsi üzrə təhsil alıb. Magistr səviyyəsi üzrə təhsil alan zaman Beynəlxalq Elm Olimpiadası (IJSO) Beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan komandasının rəhbəri olmuşdur. Həmçinin ABŞ-də yerləşən Təhsil İnkişaf Mərkəzinin (EDC) dəstəyilə Şəffaf Təhsil Şəbəkəsinin (TEN) regional koordinatoru vəzifəsində çalışmışdır.
2005-ci ildə BMT Baş Assambleyasının 60-cı sessiyası zamanı Azərbaycanın gənc nümayəndəsi olmuş və Baş Assambleyanın plenar iclasında çıxış etmişdir.
2007–2009-cu illərdə Harvard Universitetinin Con Fiscerald Kennedi adına İdarəetmə Məktəbində "İctimai siyasət" ixtisası üzrə magistr təhsili alaraq ictimai idarəetmə elmləri üzrə magistr dərəcəsi almışdır.
Siyasi fəaliyyəti
2010-cu il parlament seçkilərində namizəd olsa da seçilə bilməyib.
Həbs edilməsi
27 yanvar 2011-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə şəhər prokurorluğunda Bəxtiyar Hacıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıldığını bəyan edib. Bəyanatda bildirilmişdir ki, 30 iyun 2006-cı ildə Bəxtiyar Hacıyevin həqiqi hərbi xidmətə çağırışa dair möhlət hüququ bitmiş, lakin o, Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gəlməmişdir. Bu səbəbdən Bəxtiyar Hacıyev 24 yanvar 2011-ci il tarixdə Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına aparılsa da, hərbi xidmətdən imtina etmişdir.[2]
İstinadlar
- Bəxtiyar Hacıyev: "Mən Ermənistanda, Vardenisdə doğulmuşam" (ing. I was born in Armenia, in Vardenis Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine)
- "Hərbi xidmətdən boyun qaçırmaq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur". genprosecutor.gov.az (az.). Azərbaycan Respublikası Baş Prokurorluğu. 27 yanvar 2011. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.