Bəxtiyar Əliyev (əsgər)
Bəxtiyar Nadir oğlu Əliyev — Şəhid.
Bəxtiyar Əliyev | |
---|---|
Bəxtiyar Nadir oğlu Əliyev | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Masis, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Xanlar, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Səbiskar qəbiristanlığı, Gəncə, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Həyatı
Bəxtiyar Nadir oğlu Əliyev 1965-ci ildə Ermənistan SSR Masis rayonunun Nizami kəndində anadan olmuşdur.
3 nömrəli dəmir-beton məmulatları zavodunda fəhlə işləmişdir.
Yanvarın 12-də Çaykənd-Todan zonasında böyük gərginlik əmələ gəlmişdi. Burada böyük cəbbəxana yaranmışdı. Ermənistandan gələn vertolyotlar bir ucdan silah və təlim görmüş silahlıları daşıyırdı. Məhz bu silahlıların köməkliyi sayəsində dinc əhalidən xeyli adam girov götürülmüşdü.
Artıq dözmək məqamı deyildi. Hamı Vətəni saqqallılardan təmizləmək üçün mübarizəyə qalxmışdı. Ölüm-dirim mübarizəsinə. Bəli, bu mübarizədə ölən də oldu, yaralanan da… Dörd nəfər həlak oldu həmin gün. Ruzigar, Abbasqulu, Əliqara, bir də Bəxtiyar…
Bəxtiyar Nadir oğlu Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli, Qara Yanvar şəhidləri Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine [Məlumat kitabı]. B; Gənclik, 1992.