Bəsti Bağırova

Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası27 fevral 1962[1], Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950).

Bəsti Bağırova
Doğum tarixi 10 aprel 1906(1906-04-10)
Doğum yeri
Vəfat tarixi 27 fevral 1962(1962-02-27)[1] (55 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, pambıqçı
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı
XTNS qızıl medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur[2]. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952).

AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir.

Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Filmoqrafiya

İstinadlar

  1. Багирова Басти Масим кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Багирова Басти Масим кызы". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.