Bəsit maddə
Bəsit maddə — eyni element atomlarından təşkil olunur. dəmir, mis, alüminium, civə, qalay, qurğuşun, qızıl, gümüş, kükürd, fosfor, yod, hidrogen, oksigen, almaz, qrafit və s. bəsit maddələrdir. Onlar bərk halda həm molekulyar (kükürd, ağ fosfor, yod və s.), həm də qeyri-molekulyar (dəmir, mis, almaz, qrafit və s.) quruluşa malik olduğundan müxtəlif xassəlidir.
Xassələrinə görə bəsit maddələri 2 qrupa bölürlər: metallar və qeyri-metallar.
- Metallar:
- adi şəraitdə bərk (civədən başqa) halda olur,
- elektrik cərəyanını və istiliyi yaxşı keçirir,
- plastik xassəlidir - döyülüb yastılana bilir. Fe, Cu, Al, Pb, Sn, Ag, Au, Zn, Na, К və s. elementlərin əmələ gətirdiyi bəsit maddələr metal xassəlidir. Onların adları elementlərin adı ilə eynidir.
- Qeyri-metallar:
- adi şəraitdə qaz, maye və bərk halda olur,
- istiliyi pis keçirir, elektriki isə əsasən, keçirmirlər,
- Adi şəraitdə bərk halda olan qeyri-metallar (almaz, qrafit, yod, kükürd, fosfor və s.) kövrək xassəlidir — döyüldükdə asanlıqla qırılır.
O, H, N, P, Cl, Br, J və s. qeyri-metallar eyniadlı müxtəlif aqreqat halında olan bəsit maddələr əmələ gətirir.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.