Bərgüşad kaskadı

Bərgüşad kaskadı[1] (erm. Որոտանի կասկադ) — Ermənistanın Sünik mərzi ərazisindən axan Bərguşad çayı üzərində inşa edilmiş üç hidroelektrik stansiyanı özündə birləşdirən kaskad. Kaskad elektrik enerjisi təminatı və bölgəni suvarma suyu ilə təmin etmək üçün inşa edilmişdir. Güçü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Ermənistanda əsas elektrik enerjisi verən komplekslərindən biridir.[2][3][4][5][6]

Bərgüşad kaskadı
Spandaryan SES
Spandaryan SES
Ümumi məlumatlar
Çay Bərgüşad çayı
Tikilmə tarixi 1961
İstismara verilib 1989
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Beton
Yerləşməsi
39°25′39″ şm. e. 46°22′15″ ş. u.
Ölkə  Ermənistan
Region
  • Sunik mərzi
Bərgüşad kaskadı xəritədə
Bərgüşad kaskadı
Bərgüşad kaskadı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kaskadın planlaşdırma prosesi 1951-ci ildə Dövlət Planlaşdırma Komissiyasının toplantısından sonra başlamışdır. Elektrik stansiyalarının tikintisində digər hədəflərdən biri də enerjinin idxalı olmuşdur. Kaskadın istifadəsi neft məhsullarının idxalını ölkəyə yarıya endirəcəkdi. Kompleksin planlaşdırma işlərinə 1954-cü ildə başlanmış və 1961-ci ildən 1989-cu ilə kimi inşa edilmişdir. Tatev hidroelektrik stansiyası 1970-ci ilin dekabrında, Şamb SES-ı 1978-ci ildə və Spandaryan SES-ı isə 1989-cu ildə tamamlanmışdır[7]. Ermənistan müstəqilliyini əldə etdikdən sonra Bərguşad kaskadı dövlət enerji şirkəti Armenergoya həvalə edilir. 1997-ci ildən isə onun idarəsi Armenergonun ayrı bir törəmə dövlət şirkətinə verilir[8]

Kaskadın modernləşdirilməsi 2003-cü ildə Avropanın 2.7 milyon avro həcmində ayırdığı vəsait hesabına gercəkləşdirlir. Bərpa işləri Voith Siemens Hydro Power Generation tərəfindən aparılmışdır. Almaniyanın KfW inkişaf bankından 51 milyon avro məbləğində maliyyə ayrılır[9]. Bərpa işləri 2012-ci ildə başlanılı[10]. [12]

2015-ci ildə ContourGlobal Bərguşad kaskadını[11] 180 milyon ABŞ dollarına satın almışdır. ContourGlobal zavodların modernləşdirilməsi və onların əməliyyat göstəricilərinin yaxşılaşdırılması, həmçinin təhlükəsizlik, etibarlılıq və səmərəliliyin artırılması üçün 70 milyon dollar vısait qoymağı öz üzərinə götürmüşdür.

Stansiyalar

Tatev SES

Tatev SES Bərgüşad çayının üzərində eyni adlı su anbarının önündə yerləşir. Quraşdırılmış gücü 157,2 meqavat və illik 670 QVt gücündə olan Ermənistanın ən böyük su elektrik stansiyalarından biridir. Hər birinin gücü 52.4 meqavat olan üç Pelton turbinası ilə təhciz edilmişdir.

Şamb SES

Şamb SES Bərgüşad çayının sağ sahilində Şamb kəndinin yaxınlığında 1328 metr yüksəklikdə yerləşir. 171 meqavat elektrik enerjisi istehsal edən ən böyük hidroelektrik stansiyasından biridir.

Spandaryan SES

Spandaryan SES Şaqhat yaxınlığında 1694 metr yüksəklikdə yerləşir. Bu 1989-cu ildə istismara verilən kəmərin üstündə yerləşən yüksək hidroelektrik stansiyadır. İllik 210 GVt elektrik enerjisi istehsalına malikdir.

İstinadlar

  1. "The Vorotan Cascade, or the ContourGlobal Hydro Cascade as it was indeed renamed after the acquisition". 2016-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  2. "ContourGlobal buys Armenia's 405-MW Vorotan cascade hydropower project". 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  3. "ContourGlobal and the Republic of Armenia Announce Purchase of the Vorotan Hydroelectric Facility". 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  4. "U.S. company buys Armenian power plants in $250 million deal". 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  5. "Vorotan HPPs Cascadе". Ministry of Energy and Natural Resources of Armenia. 2017-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
  6. "Vorotan Hydros. Environmental & Social Review Summary". International Finance Corporation. 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  7. "The History of Vorotan Complex". Vorotan Complex. 22 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  8. Sargsyan, Gevorg; Balabanyan, Ani; Hankinson, Denzel. From Crisis to Stability in the Armenian Power Sector: Lessons Learned from Armenia's Energy Reform Experience. World Bank. 2006. səh. 63. ISBN 9780821365908.
  9. "German Bank Loans Armenia 51 Million Euros to Repair Vital Hydro-Electric Plant". ARKA. 2010-10-21. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  10. "KfW's 51 million euro loan to be handed to new owner of Vorotan hydropower plant, minister". ARKA. 2015-06-10. 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  11. "ContourGlobal and the Republic of Armenia Announce Purchase of the Vorotan Hydroelectric Facility" (Press-reliz). ContourGlobal. 2015-08-10. 2015-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.