Bazarçay

Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. ErmənistandanAzərbaycanın Qubadlı rayonundan keçir.

Bazarçay
Bərgüşad
Ölkələr
Rayon
Mənbəyi Zalxa gölü, Ərikli dağı
  Yüksəkliyi 3040 m
Mənsəbi Həkəri
  Yüksəkliyi 270 m
Uzunluğu 178 km
Su sərfi 19 m³/san
Su sistemi Araz
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 2711 km²
Bazarçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Bazarçay Qafqazın fiziki xəritəsində:

39°51′ şm. e. 45°51′ ş. u.

39°12′ şm. e. 46°43′ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35%) və yağış (10%) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.

Orta illik su sərfi 19,0 m³/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/m³-dir.

Suvarmada istifadə edilir.

Bərgüşadçayın mənbəyi Ərikli dağlarından başlanır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çayı, Sisyançay, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var. Bərgüşad çayı Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür.

Həmçinin bax

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.