Bərdidaş dağı
Bərdidaş dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Şahbulaq kəndindən 3 km şərqdə yerləşən dağ (hünd. 1915,7 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş qayalıqdır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ağsal sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-qərb istiqamətli Ağsal-Qızılqaya dərinlik qırılması və onun şaxələri izlənilir.[1]
Bərdidaş dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1915,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.