Bərabəryanlı üçbucaq
Bərabəryanlı üçbucaq — iki tərəfi bərabər olan üçbucağa deyilir. Bərabəryanlı üçbucaqda bərabər tərəflər yan tərəflər, üçüncü tərəf isə oturacaq adlanır.
Xassələri
- Bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir.
- Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, həm median, həm də təpədəki bucağın tənbölənidir.
- Bir üçbucağın üç tərəfi, uyğun olaraq, o biri üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlar bərabərdir. Bu teoremi TTT (tərəf, tərəf, tərəf) adlandıracağıq.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.