Bərabərlik
Bərabərlik - cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətandaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti.
Bərabərlik, tənlik – aralarında bərabərlik işarəsi (=) yazılmış iki ifadənin bərabərliyini bildirən riyazi müddəa. Çox zaman bu termin qiymətlər və verilənlər strukturları haqqında işlədilir. Məsələn, “A=B+1” bərabərlikdir və burada iddia olunur ki, “A” ifadəsi “B+1” ifadəsinə bərabərdir. Bəzi yüksək səviyyəli proqramlaşdırma dillərində (məsələn, C dilində) bərarbərlikdən dəyişən və simvollara qiymət mənimsədilməsi üçün istifadə edilir: məsələn, “i = 1”. Belə mənimsətmə deyimlərinin bərabərlik formasında yazılmasına baxmayaraq, onlar həqiqi riyazi əməllər olmaya da bilər.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı
Digər mənaları
- Tənlik;
- Tarazlıq, müvazinət.