Bərabərkirpiklilər dəstəsi

Bərabərkirpiklilər dəstəsi (lat. Holotricha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.

Bərabərkirpiklilər dəstəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Bərabərkirpiklilər dəstəsi
Beynəlxalq elmi adı
Holotricha
Vikinövlərin loqotipi
Vikinövlərdə
sistematika
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Haqqında

Bərabərkirpiklilər infuzorların ən böyük və geniş yayılmış dəstəsi olub, kirpik aparatının pirimitiv quruluşu ilə xarakterizə olunur. Bu infuzorlar membranell əmələ gətirmədən , çoxlu kirpiklərlə örtülmüşdür. Peristom hissədə kirpikləri bir qədər uzun olur. Udlaqda bu kirpiklər birləşərək , dalğavari pərdə əmələ gətirir. Bərabərkirpiklilərin tipik nümayəndələri Paramecium cinsindən birləşmişdir. Bəzi növlərdə (Didinium cinsi) kirpiklər bərabər paylanmayıb, qurşaqlarda yerləşir. Bərabərkirpiklilərin əksəriyyəti bakteriyalarla qidalanır. Lakin bu infuzorlar içərisində yırtıcı və parazit növləri də vardır. Didinium cinsindən olan növlər yırtıcıdırlar . Parazit bərabərkirpiklilər infuzorlara isə balıqların dərilərində və qəlsəmələrində parazitlik edən Ichthyophthirius multifiliis növü misal ola bilər. Yetkin parazit diametri 1mm olan dəyirmi formadadır. İxtioftiriusla yoluxmuş balığın bədəninin üzəri ağ ləkələr şəklində olan yaralarla örtülü olur. Çoxalma zamanı parazit yaradan çıxaraq , bir müddət suda üzdükdən sonra suyun dibinə enir və sistalaşır. Sistanın örtüyü altında parazit dəfələrlə bölünərək , 2000 -ə qədər infuzor əmələ gətirir. Onlar sistanı tərk edib balıqların dərilərinə və qəlsəmələrindən toxumalarına daxil olurlar . İxtioftiriusun balıqlarda parazitlik etdikləri müddət temperaturdan asılıdır . İsti havalarda parazitlik 1–2 həftə ərzində yetkin formaya çatır , soyuq havalarda isə onun inkişafı 4–6 həftəyə qədər davam edir. İxtioftirius balıq körpələri üçün xüsusilə təklükəli olub, onların kütləvi şəkildə qırılmasına səbəb olur. Balıqçılığa ziyan vuran bərabərkirpikli infuzorlardan biri də Chilodonella cyprini növüdür. Bu infuzor karp və çəki balıqlarının qəlsəmə və dərilərinin epiteli hüceyrələrində parazitlik edərək , cavan balıqlarda kütləvi qırılmasına səbəb olur.[1]

Mənbə

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax

Xarici keçidlər

İstinad

  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.