Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi.
Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu.
Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi.
Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur. Lakin qədim bərələrdən fərqli olaraq müasir bərələr dəmir əsaslar üzərində qurulmuşdur. Böyük yükgötürmə qabiliyyətinə malik olan müasir bərələr artıq suyun gücü və ya əl ilə yox, kiçik buxar gəmiləri vasitəsilə hərəkətə gətirilir.
Bərə sözünün digər mənaları da var:
- ov gözlənilən yer, pusqu;
- çıxacaq yer, yol, aralıq;
- bağ və bostanların arasındakı cığır, sərhəd, ara, mərz;
- əkinləri suvarmaq üçün düzəldilən kiçik arx;
- sağım zamanı qoyunların saxlandığı çəpərlənmiş sahədəki çıxacaq.[1]
Qaleriya
- Mariella - Viking Line
- Stena Baltica
- İstanbulda maşınlı vapur
İstinadlar
- Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.