Bəni Qeynuqanın mühasirəsi
Bəni Qeynuqa qəzvəsi (ərəb. غزوة بني قينقاع) — Hz.Məhəmmədlə Mədinə Yəhudiləri arasındadkı ilk silahlı toqquşmadır. Bu müharibə Bəni Qeynuqanın təslim olub sürgün edilməsi ilə nəticələndi.
Bəni Qeynuqanın mühasirəsi | |||
---|---|---|---|
Tarix | 624[1][2] | ||
Yeri | Mədinə [3] | ||
Nəticəsi | Bəni Qeynuqanın mühasirəsi və təslim olması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Bəni Qeynuqanın bioqrafiyası
Bəni Qeynuqa qəbiləsi Hz. Peyğəmbərin dövründə Mədinədə yaşayan yəhudi qəbilələrindən biri idi. Bəzi tarixçilər isə onların Yəhudi olmalarına şübhə ilə şübhə ilə yanaşmış və onların Hz. Yəqubun qardaşı İyusun (Ədvam) nəslindən olduğunu qeyd edirlər.[4] Bəni Qeynuqa qəbiləsinin adları və adət-ənənələrinin ərəb adları və adət-ənənələri ilə oxşarlıqları olduğu kimi,[5] onların Yəhudi mənşəli olduqlarına dair etibarlı bir dəlil yoxdur. Bəni Qeynuqanın daimi məskunlaşdığı yer və Mədinəyə nə zaman hicrət etdikləri dəqiq bilinmir. Yəhudi qəbilələri bir müddət Mədinədə hakimiyyəti əldə saxladıqdan sonra üstünlük Ərəb qəbiləsi nolan Bəni Qeylə qəbiləsinə keçdi. Bəni Qeynuqa digər Ərəb qəbilələri ilə müttəfiq olmağa məcbur oldu. digər qəbilələrin Övs qəbiləsi ilə müttəfiq olduqları halda Bəni Qeynuqa Xəzrəc qəbiləsi ilə müttəfiq oldu.[6] Amma Cavad Ali onların da Övs qəbiləsi ilə müttəfiq olduqlarını yazır.[7] Tarixi mənbələrdə qeyd olunduğuna görə Bəni Qeynuqa və digər Yəhudi qəbilələri (Bəni Qureyzə və Bəni Nadir qəzvəsi) ilə rəqabətdə idilər və hətta bəzən öz aralarında müharibələr də olurdu.[8] Bəni Qeynuqa Mədinənin Cənub-Qərbində yaşayır və özlərinin məşhur qala və bazarları var idi.[9] Onların Mədinənin mərkəzində məskunlaşmaları məlumatı da yanlışdır.[10] Digər Yəhudi qəbilələrindən fərqli olaraq onların əkin sahələri və xurma bağlarlı yox idi. Bəni Qeynuqa qəbiləsinin əsas peşələri çilingərlik,pinəçilik və zərgərlik idi.[11]
Döyüşün səbəbləri
Hz. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Yəhudi qəbilələri ilə Müsəlmanların əleyhinə olan hər hansı bir hərəkata dəstək olmadıqları təqdirdə Mədinədə yaşaya biləcəkləri şərti ilə sülh müqaviləsi bağladı. Həmin sülh müqaviləsini pozan ilk Yəhudi qəbiləsi Bəni Qeynuqa oldu.[12] Tarixçilər bu savaşın başlanmasına səbəb olaraq bu üç məsələni əsasə göstərirlər:
- Hz. Peyğəmbər Bədr qəzvəsindən qayıtdıqdan sonra Bəni Qeynuqanı bazarda bir yerə yığıb onları Qureyşin məğlubiyyətində nəticə çıxarıb İslama dəvət etdi; Onlar isə cavab olaraq biz cəngavərik və bizi Qureyşlilər kimi məğlub edə bilməzsən dedilər.
- Müsəlman bir qadın süt satmaq[13] və ya zinət əşyası almaq[14] üçün Bəni Qeynuqa bazarına getdi və Yəhudi bir zərgər onu təhqir və məsğərə etdi. Bir Müsəlman da qadını müdafiə edərək həmin Yəhudini öldürdü və elə orada da digər Yəhudilər həmin Müsəlmanı qətl etdilər. Xəbər Hz. Peyğəmbərə çatdı və müharibə hazırlığına başlandı.
- Ənfal surəsinin 58-ci ayəsi nazil olduqda Hz. Peyğəmbər Bəni Qeynuqanın müharibə hazırlığından şübhələnərək onların üzərinə qoşun göndərdi.
İbn İshaq hər üç səbəbi ayrı-ayrılıqda nəql edir. Amma qeyd olunan ayənin əvəzinə başqa ayələri[15] qeyd edir. Vaqidi ilk iki səbəbi birlikdə nəql edir, İbn Səd isə yanlız üçüncünü qeyd edir. Təbəri birinci və üçüncünü birlikdə nəql edir və Yəhudilər Hz. Peyğəmbərin təklifini qəbul etmədikdən sonra bu ayə nazil olduğunu qeyd edir. Bəzi mənbələr isə Bədr döyüşündən sonra yəhudilərin sülhü pozaraq üsyan etmələrindən bəhs edirlər amma onun (sülhü pozma səbəbləri) səbəblərini qeyd etmirlər.[16] Watt [17] isə İslam əleyhinə bəzi hərəkatların olduğunu yazır və Yəhudilərin də onları təşviq etdiklərini ehtimal edir.
Döyüşün baş verdiyi tarix
Döyüşün tarixi ilə əlaqədar müxtəlif məlumatların olması onun dəqiq vaxtını təyin etməkdə çətinliklər yaradır. Bir çox mənbələr döyüşün hicrətin ikinci ili Şəvval ayının onbeşi şənbə günü başladığını və həmin il Zilqədə ayının biri sona çatdığını qeyd edirlər.[18] Başqa bir mənbədə qeyd olunur ki, Hz.Peyğəmbər Bəni Qeynuqa üzərində qələbə çalıb Mədinəyə qayıddıqda qurban bayramı (Zilhiccə ayının onu) idi və ilk dəfə camaatla bayram namazı qıldı.[19] Təbəri başqa bir rəvayətdə İbn İshaqdan belə nəql edir ki, Hz. Peyöəmbər Bədr döyüşündən sonra Şəvval (əvvələri istisna olmaqla) və Zilqədə aylarını Mədinədə olub.[20] Başqa bir rəvayətə görə isə hicrətin üçüncü ili Səfər ayında baş vermişdir.[21] Hətta bəzi mənbələr Bəni Nadir və Bəni Qeynuqa qəzvələrinin eyni tarixdə baş verdiyini qeyd edir.[22]
Döyüş və onun nəticələri
Yəhudilər müsəlmanlar tərəfindən mühasirəyə alındılar və 15 gündən sonra sürgün edildilər. Hz. Peyğəmbər ilk olaraq kişilərin boynunun vurulmasını, qadın və uşaqların isə əsir götürülməsini əmr etsə də sonradan qərarını dəyişib onları Şam şəhəri yaxınlığındakı İzraat bölgəsinə sürgün etdi.
Bələminin yazdığına əsasən[23] Hz. Peyğəmbər onları sürgün etməklə yanaşı hasarlarını da sökdü. Yəhudilərdən bəziləri İslamı qəbul edərək Mədinədə qaldılar, necə ki Hicri-qəməri tarixinin 9-cu ilində Abdullah ibn Ubanın dəfnində Bəni Qeynuqa qəbiləsindən bir neçə nəfər iştirak edirdi.[24] Abdullah ibn Salamın da İslamı qəbul edənlər arasında olması xəbəri yalandır.[25] Çünki bir rəvayətə görə Hicrətdən əvvəl Mədinəyə, bir rəvayətə görə isə Hicrətdən sonra müsəlman olmuşdur.[26]
Bir ehtimala görə Səd ibn Məazın bu döyüşdə vəzifəsi digər Yəhudilərin döyüşə qoşulmalarının qarşısını almaq idi[27]. Hz. Peyğəmbərin ağ bayrağı Həmzə ibn Əbdülmüttəlibdə idi.[28] Əbu Lübabə ibn əl-Munzir Əmri də Hz. Peyğəmbərin vəkili olafaq mədinədə qalmışdı.[29] Munzir ibn Qudamə Səlma onları əsir etməyə[30] və Məhəmməd ibn Məsləmə də onların mallarını toplamağa məsul oldu.[31]
Mənbələrin çoxu Bəni Qeynuqa qəbiləsinin kişilərinin 700 nəfər olduğunu qeyd edir, amma əldə olunan qənimətlərə baxdıqda bu rəqəmin şişirdilmiş olduğu aydın olur və "Ət-Tənbih və və əl-Əşraf" əsərinin müəllifinin qeyd etdiyi 400 nəfər həqiqətə daha yaxındır.[32]
Bəni Qynuqa qəbiləsinin övlad və qadınları əsirlikdən azad edilərək özlərinə qaytarıldı, amma mülkləri qənimət olaraq götürüldü. Vaqidinin[33] Rəbi ibn Səbrənin atasından nəql etdiyi rəvayət əsasən onlar ailələrini aparmaq üçün dəvə götürmüşdülər. Hz. Peyğəmbər Bəni Qeynuqa qəbiləsinə şəhəri tərk etmək üçün 3 sutqa möhlət verdi və Übadə ibn Samiti də onlara nəzarət etməklə görəvləndirdi.
Bəni Qeynuqa oğullarının müttəfiqqlərin rolu
Bəni Qeynuqa oğullarının ərəb müttəfiqlərinin bu döyüşdəki rolu diqqətə layiqdir. Ubadə ibn Samit və Abdullah ibn Ubey ibn Səlul Xəzrəc qəbiləsinin iki önəmli şəxslərindən idi. Sadiq Müsəlmanlardan olan Ubadə Bəni Qeynuqa qəbiləsinin əhdi pozduqlarına görə onlara verdiyi dəstəyi geri çəkdi və Hz. Məhəmmədin yanına gedərək onlardan himayət etmədiyini bildirdi.[34] Münafiqlərin lideri olan Abdullah ibn Ubəy isə bu hadisədə ikili oynadı. Bir tərəfdən Yəhudiləri iğtişaş törətməyə təşviq edərkən digər tərəfdən isə onlara qoşulmadı.[35] Onların əsir edilməsindən sonra Abdullah ibn Ubəy onların canının bağışlamasını Hz. Peyğəmbərdən xahiş etdi. Bu istəyində çox israr etdiyinə görə Hz. Peyğəmbər onu və Yəhudiləri lənətləyərək sürgün edilmələrinə qərar verdi.
Qənimətlər
Hz. Peyğəmbər qənimətləri səhabələri arasında böldü və ilk dəfə olaraq onun xumsunu aldı.[36] Həmçinin "Səfvul-Ğənaim" adı ilə üç Kaman, iki zireh,üç qılıc və üç nizə seçdi, və iki zirehi də Məhəmməd ibn Məsləmə və Səd ibn Məaza verdi.[37]
Həmçinin bax
- Qəzvə
- Bəni Nadir qəzvəsi
- Xeybər döyüşü
- Bəni Mustəliq
Ədəbiyyat
- İbn Əsir, Əl-Kamil fi ət-Tarix,Beyrut,1399-1402/1979-1982
- İbn İshaq,Sirətu Rəsulillah, tərcümə-Rəfiud-Din İshaq ibn Məhəmməd ibn Həmədani, Təhqiq,Əsğər Məhdəvi,Tehran-1361.ş.
- İbn Səd,Ət-Təbəqatul-Kubra,Beyrut-1405/1985
- İbn Şəbbə Numeyri,Tarixul-Mədinətul-Munəvvərə,Təhqiq-Fəhim Mahmud Şaltut,Beyrut-1410
- İbn Hişam,Sirətun-Nəbi,Təhqiq-Məhəmməd Muhyiddin Əbdulhəmid,Misir
- Bələmi, Məhəmməd ibn Məhəmməd,Tarixnameye Təbəri,Təhqiq-Məhəmməd Ruşeyn,Tehran-1366
- Həsən Xalid,Muctəməul-Mədinə qabləl-Hicrət və Bədəha,Beyrut
- Səmhudi,Əli ibn Abdullah,Vəfaul-Vəfa bi Əxbari Darul-Mustafa,Beyrut-1401/1981
- Təbəri,Məhəmmə ibn Cərir,Tarixur-Rəsul və əl-Muluk,nəşr,Dəhviyyə,1982-1985
- Cəvad Ali, əl-Mufəssəl fi Tarixil-Ərəb Qabləl-İslam,Bağdad
- Məsudi,Əli ibn Hüseyn,əl-Tənbih və əl-Əşraf,Təhqiq-Abdullah İsmail Savi,Qahirə-1357/1938
- Vaqidi,Məhəmməd ibn Ömər,Kitabul-Məğazi,təcümə-Mahmud Mehdəvi Damğani,Tehran-1369
- Encyclopaedia Judaica, Jerusalem, 1978-1982
Xarici keçidlər
İstinadlar
- Ibn Ishaq, Sirat Rasul Allah [The Life of Muhammad], transl. Guillaume, səh. 363.
- Watt, Muhammad at Medina, 1956.
- Wensinck, AJ, Kaynuka, banu // Encyclopaedia of Islam.
- Encyclopaedia Judaica, "Qaynuqa" sözü.
- وات، ص۱۹۲-۱۹۳/Vatt,s,192 - 193
- طبری، تاریخ الرسل و الملوک، ج۳، ص۱۳۶۱ /Təbəri, Tarixir-Rusul vəl- Muluk,c,3,s,1361
- المفصل فی التاریخ العرب قبل الاسلام، ج۴، ص۳۹ /Əl-Müfəssəl fi Ət-Tarixi Əl-Ərəb Qabləl- İslam.c,4,s,39
- حسن خالد، مجتمع المدینه قبل الهجرة و بعدها، ص۳۹ \Həsən Xalid,Muctəməul Mədinə Qabləl Hicrəti və Bədəha,s,39
- بلعمی، تاریخنامه طبری، ج۱، ص۱۵۱ \Bələmi,Tarixnameye Təbəri,c,1,s,151
- د. جودائیکا، ذیل «Qaynuqa» \ Cudiqa,"qeynuqa"kəlməsi
- بلعمی، تاریخنامه طبری، ج۱، ص۱۵۱ \Bələmi,Tarixnameye Təbəri,c,1,s,151
- ابن اسحاق، سیرت رسول اللّه، ج۲، ص۵۶۱ \İbn İshaq,Sirətur-Rəsulullah,c,2,s,561
- ابن هشام، سیرة النبی، ج۲، ص۶۳۲ \İbn Hişam,Sirətun-Nəbi,c,2,s,632
- واقدی، کتاب المغازی، ج۱، ص۱۲۷ \ Vaqidi,Kitabul--Məğazi,c,1,s,127
- سوره آل عمران، ۱۲-۱۳ \ Ali-İmran surəsi,12-13
- ابن اسحاق، سیرت رسول اللّه، ج۲، ص۵۶۱؛ ابن سعد، الطبقات الکبری، ج۲، ص۲۹ \İbn İshaq,Sirətur-Rəsulullah,c,2,s,561;İbn səd,Ət-Təbəqatul Kubra,c,2,s,29
- وات، ص۱۸۱ \ Watt,s,181
- ابن سعد، الطبقات الکبری، ج۲، ص۲۸-۲۹؛ مسعودی، التنبیه و الاشراف، ص۲۰۶ / İbn Səd, Ət-təbəqatul Kubra, C,2, s.28-29; Məsudi Ət-təmbi vəl əşraf, s.206
- ابن شبّه نمیری، تاریخ المدینة المنورة، ج۱، ص۱۳۶-۱۳۷؛ طبری، تاریخ الرسل و الملوک، ج۳، ص۱۳۶۲ /İbn Şubbə Nəmiri, Tarixul Mədinətil Munəvvərə C.1, s.136-137; Təbəri Tarixul Rusul Vəl Muluk. C.3, s.1362.
- ابن اسحاق، سیرت رسول اللّه، ج۳، ص۱۳۶۳ / İbn İshaq,Sirətur Rəsul,c,3,s,1363
- ابن اثیر، الکامل فی التاریخ، ج۲، ۱۳۹/İbn Əsir,Əl-Kamil Fit-Tarix,c,2,s,139
- سمهودی، وفاء الوفا باخبار دارالمصطفی، ج۱، ص۲۷۸ /Səmhudi,Vəfaul-Vəfa bi Əxbari Daril Mustafa,c,1,s,278
- بلعمی، تاریخنامه طبری، ج۱، ص۱۵۲ / Bələmi, Tarixnameye Təbəri,c.1,s.152
- واقدی، کتاب المغازی، ج۳، ص۸۰۶ / Vaqidi,Kitab əl Məğazi,c.3,s,806
- دایرة المعارف جودائیکا، ذیل «Qaynuqa» Dairatul Məarife Cudaiqan,"Qeynuqa" kəlməsi
- دایرة المعارف اسلام، چاپ دوم، ذیل «عبداللّه بن سلام» / Dairatul məarifi İslam, ikinci çap, "Abdullah ibn Salm" kəlməsi
- Watt,s.210
- طبری، تاریخ الرسل و الملوک، ج۳، ص۱۳۶۲ / Təbəri,Tarix əl rusul və əl Muluk,c.3,s.1362
- واقدی، کتاب المغازی، ج۳، ص۱۳۰ / Vaqidi,Kitab əL məğazi,c.3,s.130
- واقدی، کتاب المغازی، ج۲، ص۳۳ /Vaqidi,Kitab əL məğazi,c.2,s.33
- ابن سعد، الطبقات الکبری، ج۲، ص۳۰ / İbn Səd,Ət-Təbəqat əl-Kubra,c.2,s.30
- مسعودی، التنبیه و الاشراف، ص۲۰۶ / Məsudi,Ət-Tənbih və və əl-Əşraf,s.206
- واقدی، کتاب المغازی، ج۲، ص۱۳۰ / Vaqidi,Kitab əl-Məğazi,c.2,s.130
- ابن اسحاق، سیرت رسول اللّه، ج۲، ص۵۶۳ \ İbn İshaq,Sirətur-Rəsulullah,c.2,s.563
- واقدی، کتاب المغازی، ج۱، ص۱۲۹ \ Vaqidi,Kitab əl-Məğazi,c.1,s.129
- طبری، تاریخ الرسل و الملوک، ج۳، ص۱۳۶۲؛ مسعودی، التنبیه و الاشراف، ص۲۰۷ \ Təbəri,Tərixur-Rusul və əl-Muluk,c.3,s.1362; Məsudi,Ət-Tənbih və əl- Əşraf,s.207
- واقدی، کتاب المغازی، ج۱، ص۱۲۹ \ Vaqidi, Kİtabul-Məğazi,c.1,s.129