Bəndə (musiqi qrupu)
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir.
Bəndə | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Hard-rok |
Fəaliyyət illəri | 2008—bu günəcən |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
Dil | azərbaycanca |
Heyət |
Elçin Emin Ramin Quliyev Kənan Məmmədli Kənan Cəlalov Şirqasım Canməmmədov |
Keçmiş üzvlər |
Şahin Şəmiyev Eynur Əhmədov Səttar Məhərrəmov Zaur Həmzəyev |
Qrupun tarixi
Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir.
Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır.
Üzvləri
- Elçin Emin - gitara
- Şirqasım Canməmmədov - gitara
- Kənan Cəlalov - zərb alətləri
- Kənan Məmmədli - bass-gitara
- Ramin Quliyev - vokal
Keçmiş üzvləri
- Şahin Şəmiyev
- Eynur Əhmədov
- Səttar Məhərrəmov
- Zaur Həmzəyev
Xarici keçidlər
- RockZone.az: Bəndə Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- Facebookda: Bende (Bəndə - BND)
İstinadlar
- "Bəndə - Nifrət". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-01.
- "Bəndə - Bağışla". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-01.