Bənövşəyi sığırquyruğu
Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Bənövşəyi sığırquyruğu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Triba: Scrophularieae Cins: Növ: Bənövşəyi sığırquyruğu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3–6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25–30 mm diametrindədir. Qutucuq 5–7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.
Yayılması
Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Küküdağ–Darboğaz, Batabat).
Sayı və tendensiyası
Populyasiyanın ehtuyatı məhduddur və azalır.
Məhdudlaşdırıcı amillər
Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıqdır.
Mühafizə tədbirləri
Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur.
Sinonimləri
Homotipik sinonimləri
- Thapsus pheniceum (L.) Raf.
- Verbascum collinum Salisb.
Yarımnövləri
- Verbascum phoeniceum subsp. amplexicaule (Velen.) Cheshm.
- Verbascum phoeniceum subsp. phoeniceum
- Verbascum phoeniceum subsp. stojanovii Kovačev
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 178.