Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı.
Bənövşə Daşdılı | |
---|---|
Doğum tarixi | 29 aprel 1954 (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | müəllimə, yazıçı |
Üzvlüyü | |
Mükafatları | "Qızıl Qələm" mükafatı |
Həyatı
Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Üş övladı altı nəvəsi var.
Yaradıcılığı
Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani", "Aşıq Pəri inciləri", "Sarı aşıq ədəbi birliyi" və başqa ədəbi birliklərinin üzvüdür. Şeirləri "Azərbaycan" əbəbi-bədii jurnalında, almanaxlarda və dövrü mətbuatda müntəzəm dərc olunur. Borçalı nəşriyatında dərc oluna " Zirvə " antologiyasında şeirləri dərc olunub.
2018-ci ildə Türkiyənin Sivas bölgəsi yazarlar və şairlər birliyində Bekir Alimin redaktorluğu ilə dərc olunmuş şeirlər toplumunda da şeirləri dərc olunub.
Türkiyədə dərc olunan "100 yılında 100 kalemle", "ATATÜRK ve ÇANAKKALE" şeirləri mükafatlara layiq görülüb. "Avrasiya şairleri antolojisi"ndə şeirləri dərc olunub. Bir neçə şeiri fəxri fərman və diploma layiq görülüb. "Qızıl Qələm" media mükafatı laureatıdır.[1]
"Turan Antologiyası", "Türk Dünyası Şairlərinin Buta Almanaxı", "Aşıq Pəri İnciləri" və "Laçın yurdu" jurnalında şeirləri müntəzəm dərc olunur. Bir neçə şeiri "Fəxri fərman"a və "Diplom"a layiq görülüb.
"Qızıl Qələm" media mükafatı laureatıdır.
İTV-də "Səhər Sovqatı", Mədəniyyət kanalında "Yurd yeri", "Aşıq Pəri inciləri"ndə, həmçinin DTV–nin səhər verlişlərində və bir çox başqa kanllarda olan verlişlərində iştirakları edib.[2]
Kitabları
- "Yurd həsrəti", Bakı, 2005
- "Bənövşəsi solan Laçın", Bakı, "Araz nəşriyyatı", 2006
- "Səndən aralı", Bakı, "Araz nəşriyyatı", 2008
- "Sən yanımda olmayanda", Bakı, Yeni poliqrafist MMC, 2012
- "Ünvansız səfərə çıxmağım gəlir", Bakı, "MM-S", 2016
- "Unutdum desəm inanma", Bakı, "Borçalı nəşriyyat-poliqraya müəssisəsi", 2017
- "Nə sən həmənkisən nə mən həmənki", Bakı, "Zəngəzur çap evi", 2020
- "Hərdən məni yada sal", Bakı, "Zəngəzur çap evi", 2020
Sözlərinə yazılmış mahnılar
Mahnı | Müğənni | İl | Aranjiman |
---|---|---|---|
Nilufər | Əlifəddin Kərimov | 2019 | Nail Yusifov |
Dəniz | E.Kərimov | 2019 | Nail Yusifov |
- | Elmir Mədətoğlu | - | Elmir Mədətoğlu |
Niyə getdin | Zeynəb Dərbəndli | - | Elmir Mədətoğlu |
Neftçilər | Orxan Mirzəyev, Zeynəb Dərbəndli | - | Elmir Mətətoğlu |
- | Aşıq Kəmalə Qubadlı | - | Aşıq Kəmalə Qubadlı |
İstinadlar
- "Bənövşə DAŞDILI: Səni sevdiyimə peşman deyiləm…". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- "Sarı sim verilişi. Bənövşə Daşdılı. İTV - 27.11.2016". 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.