Bəhreynlilər
Bəhreynlilər (özünüadlandırma: baharna) — Bəhreyn ərəbləri, Bəhreynin əsas əhalisi. Sayları 433,7 min nəfərdir (2005).
Bəhreynlilər ərəb dilinin Ərəbistan qrupunun dialektlərində danışırlar. Yerli əhali (təqribən 75 faizi) anaza qrupunun keçmiş Bəhreyn, yaxud baharna dialektində immiqrantlar isə Şərqi Ərəbistan qrupunun yeni Bəhreyn dialektində danışırlar.[1]. Dindarları müsəlmandır.
Ərəblər Bəhreyn arxipelaqında eramızın I minilliyində məskunlaşmışlar; Bəhreynlilər özlərini e.ə. VI əsrdə Navuxodonosor tərəfindən Babilistana köçürülmüş, sonradan Bəhreynə qayıtmış Ərəbistan tayfalarının nəsilləri hesab edirlər. XVII əsrdə Bəhreynin İraq tərəfindən işğalından sonra arxipelaqda iranlılar məskunlaşmışlar. 1783-cü ildə farslar Bəhreynin hakim sülaləsinin baniləri - anaza qrupunun şeyxləri (bəni atban tayfası) tərəfindən qovulmuşdur. Tayfa bölgüsü qalmaqdadır: bəni atbanlar, auvaylalar, əl-buku-ət-muavədələr. əs-sənəətlər, bəni-xalidlər və b.
Ənənəvi məşğuliyyətləri
Bəhreynlilərin ənənəvi məşğuliyyətləri əkinçilik (xurma, sitrus bitkiləri, badam, yerli kökümeyvəlilər - ruəd, bəql, bərbir və s. otlar), balıqçılıq, dəniz məhsullarının (o cümlədən, murvari) yığımı, davar yetişdirilməsi (onları kal xurma və balıq yağının qarışığı ilə yemləyirlər), ticarət, gəmiqayırma (gəmi kəndirlərinə balıq yağı sürtürlər), xurma ağacının yarpaqlarından və liflərindən hörmə, toxuculuq və parçaların boyanması, dulusçuluqdur.
Etnoqrafik xüsusiyyətləri
Ənənəvi məişətləri ərəb və İran xüsusiyyətlərini özündə birləşdirir. Evləri daş, yaxud mərcan lövhələrdən, palma gövdəsindəndir (barasti), geyimləri çaxçur, uzun köynək, yun əba; kişilər başlarını yaylıqla sarıyırlar. Ortokuzen və mübadilə nikahları, həmçinin müvəqqəti (baharnalarda) nikah mövcuddur.
Mədəniyyət
Şifahi ənənələr Fars körfəzinin Ərəbistan sahillərinin digər xalqlarının mədəniyyəti ilə bağlıdır. İnstrumental ansamblın müşayiəti ilə çox vaxt responsor ansambl oxumaları üstün musiqi formasıdır. Səhər musiqisi janrı soot (ehtimal ki, Yəmən mənşəli), mahni-rəqs basta (İraq mənşəli), hərbi xor rəqsi arda (bədəvi mənşəli) yayılmışdır. Çəlləkşəkilli təbil, silindrik mirvas kubabənzər darbuka, tar, dəf, dilçəkli alətlər (zurna, tuluq zurnası cirba), sinclər (tus), ud əsas musiqi alətləridir. Udda çalınan klassik ərəb musiqisi nadir halda ifa edilir. Musiqi ilə məşğul olmanın spesifik forması mirvari axtaranların mahnılarıdır (ficri); onlardan bəziləri müğənni-solist tərəfindən dalğıcların və dənizçilərin burdon xoru fonunda, digərləri isə zərb alətlərinin müşayiəti ilə yalnız gecə ifa olunur. Ficri mahnıları geniş ritmik modellərə əsaslanır və onun quruluşu dövridir. Manamanın Afrika məhəllələrində iyeva mahnı-rəqsləri ifa olunur.
Mənbə
- Энциклопедия стран мира. səh. 450—451
- Моисеев П. П., Серебрякова М. Н. Страны и народы. Зарубежная Азия М.: Мысль, 1979.
İstinadlar
- http://etheses.dur.ac.uk/7942/1/7942_4940.PDF?+UkUDh:CyTSocial Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine and political change in Bahrain since the First World War