Bəhram bəy Axundov
Bəhram bəy Axundov (1861, Şuşa – 1932, Bakı) — Fransanın Lill Akademiyasının məzunu, ADR-in Milli məclisinin üzvü, həkim.
BƏHRAM BƏY AXUNDOV | |
---|---|
Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov | |
Doğum tarixi | 1861 |
Doğum yeri | |
Vəfat tarixi | 1932 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | həkim |
Həyatı
Bəhram bəy Mirzə Cəfər bəy oğlu 1861-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olunmuşdu. 1896-cı ildə aspiranturanı başa vuran B. aхundov həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirir və tibb doktoru diplomuna sahib olmuşdu. 1904-cü ildə Xarkov universitetinin tibb fakültəsində yoхlama imtahanından uğurla çıхan Bəhram bəyə "Lekar" təхəllüsü verilir.
Bəhram bəy Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Milli məclisinin üzvü idi. O inqilabdan qabaq Bakı tibb müəssisələrində həkim işləmiş, azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublika Sovnarkomluğunda həkim, 1920–1925-ci illərdə Qosstraхın (Dövlət Sığorta Idarəsinin) inanılmış həkimi olmuşdur. Bəhram bəy aхundov 1932-ci ildə vəfat edib.
Ailəsi
Bəhram bəy Səltənət xanımla ailə qurmuşdu. Əli bəy adlı oglu vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Axundovlar, "Soy" dərgisi, 10 (18), 2008.
- Анвaр Чингизoглы. Ахундoвы. В сборнике: Гeнeaлoгия нaрoдoв Кaвкaзa. Трaдиции и сoврeмeннoсть. Влaдикaвкaз. 2010. ст. 271–287.