Bəhram Əfəndiyev
Bəhram Tofiq oğlu Əfəndiyev (25 avqust 1910 – 3 avqust 1967) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961).
Bəhram Əfəndiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ahalkələki, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | rəssam |
Stil | monumentalizm |
Mükafatları |
Həyatı
Bəhram Əfəndiyev 1910-cu ildə ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulmuşdur. 1927–1931-ci illərdə Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib. 1929–1932-ci illərdə Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb. 1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə başlı təhsilini yarımçıq qoyub. 1933-cü ildə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, 1934–1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib. 1944–1945-ci illərdə Qazax Dövlət Dram Teatrının direktoru, 1945–1948-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, 1948–1949-cu illərdə Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, 1950–1956-cı illərdə Göyçay sənət artelində texniki rəhbət, 1934–1944 və 1956–1967-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib. 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.[1]
İstinadlar
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.237