Bəhram İbrahimov
Bəhram İbrahimov (tam adı: İbrahimov Bəhram Məhəmməd oğlu; d. (1930-2016), Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ— jurnalist, “İnşaatçı” qəzetinin şöbə müdiri (1949-2006), “İnkişaf” qəzetinin redaktoru (2006-2016), Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri, “Qızıl Qələm” mükafatı laureatı, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi”
Bəhram İbrahimov | |
---|---|
Bəhram Məhəmməd oğlu İbrahimov | |
Doğum adı | Bəhram |
Təxəllüsü | Məhəmmədoğlu |
Doğum tarixi | |
Doğum yeri | Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Məhəmməd |
Təhsili | Azərbaycan Dillər Universiteti |
İxtisası | Jurnalistika |
Fəaliyyəti |
“İnşaatçı” qəzeti redaksiyası Şöbə müdiri |
Mükafatları |
"Qızıl qələm" mükafatı Həsən bəy Zərdabi mükafatı |
Həyatı
İbrahimov Bəhram Məhəmməd oğlu 1930-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunu fransız dili mütəxəssisi kimi bitirmişdir. Sonralar Jurnalist Sənətkarlığı institutunu qutarmış, Moskvadakı V.İ. Lenin adına Hərbi Siyasi Akademiyanın, habelə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun kadrların təkmilləşdirilməsi kursunun müdavimi olmuşdur.
Əmək fəaliyyətinə Füzuli rayonunda müəllim kimi başlamış, Sənaye Tikintisi Nazirliyinin fəhlə yataqxanasında tərbiyəçi kimi fəaliyyət göstərmişdir. Mətbuatda 1949-cu ildən fasiləsiz çıxış etmiş, ölkə tikinti kompleksinin bütün sahələrini işıqlandıran sanballı və dəyərli yazılar dərc etdirmiş, ən mühüm buraxılış obyektlərindən maraqlı səhifələr hazırlamışdır.
40 ildən artıq “İnşaatçı” qəzetində şöbə müdüri işləmişdir.
O, “İnşaatçı”nı quran, zamanın keşməkeşlərindən üzüağ, qalib çıxmasına yardım edən insanlardan, prinsipial jurnalistlərdən idi.
2006-cı ildən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) orqanı olan “İnkişaf” qəzetinin redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri olmuşdur.
Bəhram müəllim tək öz ömrünü deyil, yüzlərlə insanın tale yükünü daşıyan el ağsaqqalı, çoxlarının qaranlıq yoluna işıq salan ziyalı və əsl azərbaycanlı idi.
Bəhram müəllim 2016-cı ilin aprelin 27-sində haqq dünyasına qovuşdu.
Azərbaycan inşaatçılarının fəaliyyətindən bəhs edən 45 publisistik sənədli kitabın müəllifi idi.
Bəhram müəllim ailəli idi, iki oğlu, beş qızı və 9 nəvəsi vardır.
Mükafatları
Dövlət mükafatlarına və Azərbaycan jurnalistlərinin “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Bədii yaradıcılığındakı uğurlarına görə H.B.Zərdabi adına “Ali Kamil Jurnalist” diplomunu almış, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi” adına layiq görülmüşdür.