Bəhrə Biskvit Fabriki

Bəhrə Biskvit Fabriki — “UNİKAL” Yeyinti Məhsulları İstehsalı Müəssisəsi

Bəhrə Biskvit Fabriki
Ümumi məlumatlar
Təsis tarixi 2006
Baş qərargahın yeri Azərbaycan, Bakı
Struktur
Ana şirkət "Unikal" Yeyinti Məhsulları İstehsalı Müəssisəsi
Rəhbərlik
Təsisçilər N.H Hüseynov, H.H Hüseynov
unikal.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məlumat

1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsulları istehsalı üzrə fəaliyyətə başlamışdır. 2006-cı ildən isə “UNİKAL” Yeyinti Məhsulları Müəssisəsi “Bəhrə” əmtəə nişanı adı altında biskvit fabriki kimi fəaliyyətə başlamış və ən qısa zamanda Azərbaycan şirniyyat sektorunda “Sağlam qida üçün sağlam məhsul” şüarı ilə sürətlə inkişaf edərək böyük alıcı və istehlakçı kütləsinin rəğbətini qazana bilmişdir [1]. “Bəhrə Biskvit Fabriki hal-hazırda biskvit və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Bəhrə Biskvit Fabrikinin satış nümayəndəlikləri Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, HacıqabulNaxçıvanda da “Bəhrə” əmtəə nişanı adı altında xalqa xidmət göstərir. Bəhrə Biskvit Fabrikinin məhsullarını Respublikamızın ən ucqar qəsəbəkəndlərində belə istehlakçılarımız tərəfindən əldə etmək mümkündür.

İstehsal prosesi

Müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almaniya, İtaliya, DanimarkaAvstriyadan idxal edir. Bununla yanaşı Bəhrə Biskvit Fabriki Avstriyanın çörək-bulka istehsalı göstəricilərinə görə dünya markası olan Backaldrin şirkətinin də Azərbaycanda distribütorudur.

Bəhrə Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz, gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyelər yer tutur.

Mükafatlar

35-ci "QIZIL MÜKAFATI"

Bəhrə Biskvit Fabriki 2009-cu il 11 May tarixində Fransanın paytaxtı Paris şəhərində çörək-bulka və biskvit məhsullarının istehsalına göstərmiş olduğu yüksək keyfiyyətə və texnologiyaya görə 2008-ci ilin yekun hesablamaları ilə ilin "Ən Yaxşı Əmtəə Nişanı" 35-ci "QIZIL MÜKAFATI" adına layiq görülmüşdür[2]. Mükafatı təqdimat zamanı "Unikal" YMİM-nin baş direktoru cənab N.H.Hüseynov qəbul etmişdir. Artıq 35 ildir ki, "Ticarət Liderləri Klubu"nun (Trade Leader's Club) Ekspert Şurası, bu mükafatı sürətli inkişaf tempinə görə öz sektorunda lider olan müəssisələrə təqdim edir[3].

"UĞUR" Milli Mükafatı

2010-cu ilin 19 Mart tarixində Bəhrə Biskvit Fabriki növbəti uğura imza atdı. Consulting & Business jurnalının 2009-cu ildə aparmış olduğu araşdırmaların nəticəsi olaraq Bəhrə Biskvit Fabriki biskvit məhsullarının istehsalına , Azərbaycanda İqtisadiyyat və Biznes sahəsində göstərmiş olduğu inkişaf tempinə görə biskvit istehsalı sektorunda "UĞUR" Milli Mükafatına layiq görülmüş ilk şirkət kimi tarixə düşdü. Mükafatlandırma mərasimi şəhərimizin ən mötəbər yeri olan Gülüstan Sarayında keçirilmişdir, Uğur Milli Mükafatını Bəhrə Biskvit Fabrikinin Baş Direktoru cənab Niftalı Hüseynova Azərbaycan Milli Məclisinin üzvü, millət vəkili Sabir Hacıyev təqdim etmişdir. Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən "UĞUR" Milli Mükafatı iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yaxşılaşmasına görə verilən mükafatdır.[4]

Məhsullar

Ruletlər[5][6]

  • Rule Max
  • Волшебный вкус
  • Viteks
  • Вкусняшка
  • Чудо вкуса
  • Surprise
  • Big Bon

Biskvitlər[7]

  • Viteks
  • Surprise

Kekslər[8]

  • Surprise
  • Viteks
  • Delizia
  • Bonny Cake
  • Mommy's Cake
  • Волшебный вкус

Peçenyelər[9]

  • Korona
  • Assol
  • Krisbi
  • Kokoslu
  • Biskvitli
  • Surprise
  • Вкусняшка

Qat-qatlı məhsullar

  • Delizia (Sumoçka)
  • Delizia (Kruassan)

Xarici keçidlər

İstinadlar

  1. "Здоровая продукция для здорового питания". WorldFood 2010 (rus). worldfood.az. 10 may 2010. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  2. "Sağlam qida üçün sağlam məhsul". AZƏRFOTO (az.). azerphoto.com. 20 may 2010. 2014-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  3. "İlin "Ən Yaxşı Əmtəə Nişanı" 35-ci "QIZIL MÜKAFATI"". Unikal (az.). unikal.az. 11 may 2009. 2014-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
  4. ""UĞUR" MİLLİ MÜKAFATI". Unikal (az.). unikal.az. 19 mart 2010. 2014-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
  5. "Biskvitli ruletlər". Unikal.az (az.). unikal.az. 20 avqust 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  6. "Biskvitli mini-ruletlər". Unikal.az (az.). unikal.az. 20 avqust 2014. 2013-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  7. "Biskvitli pirojnalar". Unikal.az (az.). unikal.az. 20 avqust 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  8. "Kekslər". Unikal.az (az.). unikal.az. 20 avqust 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  9. "Peçenye". Unikal.az (az.). unikal.az. 20 avqust 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.