Bəhmən Əliyev
Bəhmən Əliyev (31 dekabr 1934, Bakı – 24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi.
Bəhmən Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (58 yaşında) |
Fəaliyyəti | Animator, rejissor, ssenari müəllifi |
Fəaliyyət illəri | 1961-1993 |
İstiqamət | animasiya |
IMDb | ID5745467 |
Həyatı
Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib.
Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb.
Filmoqrafiya
- "Bakılı" press-avtomatı (film, 1967)
- "Koroğlu" dənizdə (film, 1966)
- Balaca çoban (film, 1985)
- Böyük bostan (film, 1965)
- Camışçılıq (film, 1966)
- Cırtdan (film, 1969)
- Cırtdan və div (film, 1983)
- Cırtdan-"pəhləvan" (film, 1981)
- Cırtdanın yeni sərgüzəşti (film, 1973)
- Cücələrim (film, 1975)
- Dəniz səyahəti (film, 1992)
- Əndazədən çıxanda (film, 1988)
- Fitnə (film, 1970)
- Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
- Güzgü (film, 1990)(I)
- Humayın yuxusu (film, 1985)
- Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
- Lağım (film, 1993)
- Lovğa fil balası (film, 1987)
- Meşəyə insan gəlir (film, 1980)
- Nar ağacının nağılı (film, 1989)
- Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
- Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964)
- O geri çəkilməlidir (film, 1966)
- Qaravəlli (film, 1989)
- Qaravəlli-2 (film, 1992)
- Qəribə əjdaha (film, 1984)
- Qozbeli qəbir düzəldərmi? (film, 1972)
- Sabir (film, 1962)
- Şah və xidmətçi (film, 1976)
- Şahzadə-qara qızıl (film, 1974)
- Sakit Yonun macəraları (film, 1985)
- Sən belə cımbılısan (film, 1982)
- Sərdar İmrəliyev məktəbi (film, 1964)
- Sonrakı peşmançılıq (film, 1978)
- Talada ev (film, 1986)
- Təqib (film, 1984)
- Toral və Zəri (film, 1979)
- Tülkü həccə gedir (film, 1971)
- Uçan zürafə (film, 1983)
- Ümid (film, 1992)
- Uşaq və külək (film, 1982)
- Xrizantema yarpağı (film, 1989)
- Yalançı çoban (film, 1991)
- Yatmaq vaxtıdır (film, 1984)
- Bahar əyləncələri (film, 1989)
- Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965)
Mənbə
- “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” [Onun ən böyük arzusu balacaları sevindirmək idi] //7 gün.- 2001.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 49.