Bəhlulabad (Poldəşt)
Bəhlulabad və ya Bala Təbriz (fars. بهلولآباد) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. Bəhlulabad (Bala Təbriz), Poldəştin ən böyük və önəmli kəndi sayılaraq, şimaldan Pornak kəndi ilə, cənubdan Təbriz-Bazərqan yolu, şərqdən Piləsuvar və Əlinəzər kəndlərilə və qərbdən bir neçə yüksək dağla əhalələnir.
Bəhlulabad | |
---|---|
39°13′50″ şm. e. 44°59′46″ ş. u. | |
Ölkə | İran |
Əhalisi | |
Əhalisi | 1383 (2006) nəfər |
|
Əhalisi
2006-cı il məlumatına görə kənddə 1.383 nəfər[1] yaşayır (304 ailə). Bu kəndin əhalisi bütövlükdə Azərbaycan türkləri olaraq, bir neçə tayfaya bölünürlər: Şotular, Marakanlılar, Vərməzyarilər, Həsənkəndlilər və s. Hazırda kənddə təxminən 900 ev vardır. Burada 1500 nəfər əhali yaşayır. Kəndin əhalisi əsasən əkinçiliklə və davar saxlamaqla dolanır.
Kəndin məhəllələri
- Üst məhəllə
- Məscid məhəlləsi
- Vərməzyar məhəlləsi
- Çaylaq məhəlləsi
- Babalar məhəlləsi
Habelə bu kəndin görməli yerlərindən Miltəpə, Qəcir qayası və quyularını örnək gösrtərmək olar.
İstinadlar
- "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.