Bəhai dini və köməkçi dil
Bəhai dini öyrədir ki, dünya bir beynəlxalq köməkçi dil seçə və öz ana dilləri ilə yanaşı ondan istifadə edə bilərlər.[1] Bu təlimin məqsədi dünya xalqları və millətləri arasında rabitənin təkmilləşdirilməsi və birliyin bəslənməsidir. Bəhai təlimləri bəyan edir ki, bununla belə, beynəlxalq köməkçi dil xalqların mövcud ana dilini zəiflətməməli və müxtəliflikdə birlik prinsipi tətbiq olunmalıdır ki, dünyadakı mədəni müxtəliflik qorunsun.
Təlim və məqsəd
Bəhai dininin təlimləri insanlığın birliyinə böyük diqqət ayırır.[2] Bəhai təlimləri insanlar arasında rabitənin təkmilləşdirilməsini dünya birliyi və sülhü üçün həyati-vacib vasitə kimi görür.[3] Bəhai təlimləri dillərin çoxluğunu birliyin qarşısındakı əsas maneə kimi görür, belə ki, çoxlu dilin mövcudluğu informasiyanın sərbəst axınının qarşısını alır və sıravi insanın dünyadakı proseslər haqqında hərtərəfli perspektiv əldə etməsini çətinləşdirir.[4]
Ümumi/beynəlxalq köməkçi dilin seçilməsi və qurumsallaşdırılması prinsipi Bəhai dinin əsas ehkamları arasındadır.[5] Bəhaullah, Bəhai dininin peyğəmbəri, İşraqar və Məqsud Lövhlərində yazır və öyrədir ki, ortaq dilin əskikliyi dünya birliyinin qarşısında əsas baryerdir, belə ki, fərqli dillərdə danışan insanlar arasında rabitənin əskikliyi dünyada sülhün bərqərar edilməsi səylərinə xələl gətirir. O çağırırdı ki, insanlıq köməkçi bir dil seçə və bunu məktəblərdə öz ana dilləri ilə yanaşı öyrədə bilərlə və beləliklə bütün insanlar bir-birini anlayarlar.[6]
İstinadlar
- For an annotated compilation of excerpts from the Bahá'í writings regarding the principle of International or Universal Auxiliary Language, see "The Greatest Instrument for Promoting Harmony and Civilization: Excerpts from the Bahá'í Writings and Related Sources on the Question of an International Auxiliary Language." Oxford: George Ronald Publisher. 2015. ISBN 978-085398-591-4
- Meyjes, Gregory Paul P. (2006). "Language and World Order in Bahá'í Perspective: a New Paradigm Revealed". In Omoniyi, T.; Fishman, J. A. Explorations in the Sociology of Language And Religion. Volume 20 of Discourse Approaches to Politics, Society, and Culture. Amsterdam: John Benjamins. pp. 26–41. Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine ISBN 9789027227102.
- Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: Cambridge University Press. ISBN 0-521-86251-5.
- Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. San Francisco: Harper & Row. ISBN 0-87743-264-3.
- Meyjes, Gregory Paul, ed. (2015). The Greatest Instrument for Promoting Harmony and Civilization: Excerpts from the Bahá'í Writings and Related Sources on the Question of an International Auxiliary Language. Oxford: George Ronald. Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine ISBN 978-085398-591-4.
- Stockman, Robert (2000). "The Baha'i Faith". In Beversluis, Joel. Sourcebook of the World's Religions. New World Library. ISBN 1-57731-121-3.