Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Bədirli | |
---|---|
39°18′11″ şm. e. 48°25′02″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır.[1]
Coğrafiyası və iqlimi
Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- Bədirli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.