Bədəlli
Bədəlli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd.[1]
Bədəlli | |
---|---|
40°29′33″ şm. e. 48°48′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 703 m |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin əsl adı Bədəl kəndi olub. Bu adın verilmə səbəbi isə, Yekəxana deyilən ərazidə bir tayfa yaşayıb. Tayfanın ağsaqqalı Seydi kişi can dostu olan Məşədiqabuldan onun sözünü yerə saldığına görə inciyir. Seydi kişi öz tayfasıyla bərabər Yekəxana kəndini tərk etməyi qərara alır. Kəndi tərk edərkən kimsəsi olmaya Bədəl adlı bir şəxs Seydi kişiyə məndə sizinlə gəlirəm deyir və kəndi tərk edirlər. Yeni düşərgələrini qurduqdan sonra, Seydi kişi Bədəli yanına çağırıb deyir. Mənim adımı yaşadacaq oğlum, qızım var səninsə yoxdu. Kəndin adı sənin adın olacaq qoy adın əbədi yaşasın.[2]
Coğrafiyası və iqlimi
Kənd Pirsaatçayın sol sahilindən 6 km. aralı, Mərəzə yaylasında yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 634 nəfər əhali yaşayır.[3]
İstinadlar
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- Bədəlli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629