Bəckəm

Bəckəm (v. 21 aprel 941) — X əsrdə Abbasilər zamanı xidmət etmiş türk mənşəli Xilafət sərkərdəsi.

Bəckəm
ərəb. أبو الحسين بجكم المكاني
Şəxsi məlumatlar
Vəfat tarixi 21 aprel 941(0941-04-21)
Fəaliyyəti hərbi lider[d]

Həyatı

Əbülhüseyn Bəckəm Təbəristandakı Ələvi hökmdarlarının sərkərdələrindən Makan bin Kakinin xidmətində muzdlu əsgər ikən seçilmiş və daha sonra Ziyari əmiri Mərdavic bin Ziyarın məiyətinə daxil olmuşdur. Mərdavicin türklərdən ibarət əsgəri birliklərinə qarşı pis davranmasına görə bunlar Bəckəmin idarəsində üsyan edərək hicri 323-cü (935-ci) ildə onu öldürdülər. Bu üsyandan sonra artıq Təbəristanda qala bilməyən Bəckəm yanındakə türklərlə birlikdə Abbasi xəlifəsinin ordusuna girmək məqsədiylə Bağdada hərəkət etdi. Fəqət xəlifənin mühafizəçiləri onların Bağdada girməsinə əngəl oldular. Buna görə VasitBəsrə valisi İbn Raik bunları əsgəri birlikləri arasına aldı və Bəckəmi türklər və deyləmlilərdən ibarət qüvvəli bir ordunun sərkərdəliyinə təyin etdi. Bu səbəblə ona Bəckəm ər-Raiki deyilirdi.

İbn Raik hicri 324-cü sonlarında (noyabr 936) xəlifə Radi-Billah tərəfindən əmirülüməralığa təyin edildikdən sonra Bəckəm, xəlifənin nizam-intizamsız mühafizəçiləri və Əhvaz valisi Əbu Abdullah əl-Bəridiyə qarşı mübarizəsində onun başyardımçısı oldu və bu uğurları səbəbiylə sahibüşşurtalığa və eyni zamanda şərq əyalətləri valiliyinə təyin edildi (fevral 937).

Əbülhüseyn Bəckəm İbn Raiki məğlub edərək Bəsrəyə girmiş olan Bəridini qüvvələrinin sayıca az olmasına rəğmən məğlub etməsi Bəckəmə böyük bir etibar qazandırdı. Ancaq daha sonra Bəridinin yardım istəyinə görə Əhvaza qarşı hərəkətə keçən Büveyhi məliki Muizzüddövləyə məğlub olaraq Vasitə çəkilmək məcburiyyətində qaldı. İbn Raik Əhvazın Buveyhilərdən geri alınması üçün Bəckəmi yenidən göndərmək istədi isə də, o belə bir hərəkətə girişmədi.

Bu hadisədən sonra Bəckəm, əmirülüməra İbn Raikin vəzifəsini ələ keçirmək məqsədiylə planlar hazırlamağa başladı. Əski vəzir İbn Müqlə mallarını müsadirə etdirdiyi üçün İbn Raikə qızdı və bundan dolayı da Bəckəmi dəstəkləməyə başladı. İbn Müqlə xəlifə Radini inandıraraq onu da Bəckəm lehinə çevirdi. Bəckəm birliklərinin aylıqlarını almaq bəhanəsiylə Bağdada yürüdü və qarşısına çıxan İbn Raiki məğlub edərək şəhərə girdi (938). Xəlifə Radi bu məğlubiyyətdən sonra qaçan İbn Raikin yerinə onu əmirülüməralığa təyin etdi (938).

Bəckəm bu vəzifəyə gəlir-gəlməz, xəlifəyə ödəməkdə olduğu vergini kəsmiş olan Həmdanilərə mənsub Mosul əmiri Nasırüddövlə Həsən bin Abdullaya qarşı cəbhə aldı. Hicri 327-ci ilin əvvələrində (noyabr 938) xəlifə ilə birlikdə Mosul üzərinə yürüdü və şəhəri zəbt etdi. Bəckəmin mərkəzdən uzaqda olmasından faydalanan İbn Raik Bağdadı ələ keçirdi. Beləcə iki düşman arasında qalan Bəckəm onlarla anlaşma yoluna getdi və Tarikul-Furat, Diyanmudar, Kinnəsrin və Avasım valiliyini İbn Raikə verərək onu Bağdaddan ayrılmağa məcbur etdi. Bəckəm Aşağı İraqı nəzarətlərinə alan Buveyhilərin xilafət mərkəzini təhdidə başlamalarına görə Əbu Abdullah əl-Bəridi ilə anlaşdı. Bəridiyə Vasıt valiliyi ilə birlikdə vəzirlik rütbəsi verildi və Bəckəm onun Sara adlı qızıyla evləndi (328/939/940).

Bütün bunlara rəğmən Bəridinin gözü hələ əmirülüməralıqda idi. Onun bu ehtirasından vaz keçə bilmədiyini görən Bəckəm 328-ci ilin sonlarında (sentyabr 940) onu vəzirlikdən çıxartdıraraq Buveyhilərə qarşı edəcəyi səfəri sonraya saxlayıb, Vasıt üzərinə yürüdü və Bəridi tərəfindən tərk edilmiş olan şəhərə girdi. Müttaqi-Lillah xəlifə olduğu sırada Vasitdə olan Bəckəm yeni xəlifə tərəfindən da eyni vəzifəyə təyin edildi. Aprel 941-ci il tarixində Bəridiyə qarşı çıxdığı səfərdən dönərkən ovlandığı bir sırada quldurlar qrubunun hücumuna uğradı və 21 rəcəb 329 (21 aprel 941) tarixində öldürüldü.

Ərəb dilini bildiyi halda xəta etmə əndişəsiylə tərcüməçi saxladığı rəvayət edilir. Bəckəm alim və sənətkarları qoruyur, onlarla söhbət etməyi sevirdi. Tarixçi Suli və təbib Sinan bin Sabit onun dəyər verdiyi və ehsan etdiyi və xeyir verdiyi kimsələr arasında yer alır. Vasitdə bir mehmanxana (darüzziyafə) və Bağdadda bir xəstəxanə tikdirmişdi. Xəlifə Müqtədir-Billah (908-932) tərəfindən yıxdırılmış olan Bərasa məscidini şiələrin istəyinə görə yenidən inşa etdirmişdi. Cəsur olduğu qədər ehtiraslı və sərt məzaclı bir sərkərdə idi. Xəlifə Radi dövründə öz adına üzərində rəsmləri olan dinar və dirhəmlər zərb etdirmişdi.

İstinadlar

    Mənbə

    • Ənvər Çingizoğlu, Tanınmayan bir türk sərkərdəsi:Əbülhüseyn Bəckəm, "Soy" dərgisi, 2010, səh. 54-57.
    • Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.