Bəcirəvan (Cəlilabad)
Bəciravan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Bəcirəvan | |
---|---|
39°06′01″ şm. e. 48°32′15″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2385 (2009) nəfər |
|
Toponimikası
- Bəcirəvan oyk, sadə.
- Bərdə r-nunun Xəsili inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir;
- Cəlilabad rayonunun Komanlı inzibati ərazi vahidində kənd. Pirsə çayının (Göytəpə çayının qolu) sağ sahilində, Lənkəran ovalığındadır;
- İmişli rayonunun Bəcirəvan inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən 2 km. aralı, Mil düzündədir. 1933-cü ildə bu kəndin adı Bəcirəvanlı kimi qeydə alınmışdır. IX-XIV əsrlərə aid mənbələrdə Cənubi Azərbaycanın ərazisində, Muğan düzündə Bacrəvan adlı şəhər haqqında məlumat verilir. Bu şəhər Muğanın mərkəzi şəhəri olmuşdur. Bəcirəvan adı ccnibdan şimala əhalinin miqrasiyası ilə gətirilmişdir. Mənbələrdə Beşbarmaq dağı ətrafında Bəcirəvan kəndi, Muğanda Bəcirəvan çayı haqqında da məlumat var. Bəcirəvan toponimi haqqında müxtəlif fikirlərin söylənilməsinə baxmayaraq, bu sözün izahı hələ də mübahisəli olaraq qalır. Bəcir (əslində bəzir-"kətan") və van (yer) komponentlərindən ibarət olan bu toponim "kətan yetişdirilən yer", "kətan istehsal olunan yer" deməkdir. Əsasən subtropik və mülayim qurşaqda yetişdirilən bu qiymətli bitki üçün Muğan əlverişli yer olmuşdur.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2385 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tanınmış şəxsləri
- Ayaz Abasov – Vətən müharibəsi şəhidi
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.