Bəbir Hüseynov

Bəbir Hüseynov (d. 26 dekabr 1932, Novruzlu kəndi ,Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı.

Bəbir Hüseynov
Bəbir Qüdrət oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Novruzlu kəndi , Ağdam
Vətəndaşlığı Azərbaycan Azərbaycan
İxtisası Tarix müəllimi və İctimaiyyətçi
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları Əməkdar jurnalist
"Qızıl qələm"

Həyatı

1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. 7 illik məktəbi bitirdikdən sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin (red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən Bəbir müəllim məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Bəbir müəllim qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.[1]

İstinadlar

  1. "Bəbir Hüseynov: 85 yaşın işığında". 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.

Xarici keçidlər

Ağdam ziyalıları bir araya gəldi Arxivləşdirilib 2017-12-22 at the Wayback Machine

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.