Bığlı Mehmed Paşa
Bığlı Mehmed Paşa (ö. iyun 1701) — Osmanlı sultanı II Əhməd və II Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Bığlı Mehmed Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Bağdad |
Fəaliyyəti | dövlət rəsmisi |
Həyat yoldaşı | Fatma xanım Sultan |
Uşağı | Səid Mehmed bəy |
Əslən Misirli olub, burada doğulub böyümüşdür. Ciddə bəyliyinə yüksəldikdən sonra 1694-cü ildə vəzirliklə Həbəşistan bəylərbəyi oldu. Ertəsi il həcc əmirliyinə gətirildi. 1696-cı ildə Konya valisi, 1697-ci ilin iyulunda Belqrad valisi təyin edildi. 1698-ci ildə Sultan Muradın nəvələrindən Fatma xanım Sultanla (Mələk İbrahim Paşa və Ruqiyə Sultanın qızı) evlənərək Şam bəylərbəyliyinə gətirildi. Ardından 1699-cu ildə Anadolu və Diyarbəkir bəylərbəyi oldu. 1701-ci ilin iyununda Bağdad uğrunda gedən döyüşlərdə göstərdiyi səriştəsizlik səbəbilə edam edildi.
Fatma xanım Sultanla olan nigahından Səid Mehmed bəy adlı oğlunun olduğu bilinir. Bu oğlu Sarı Mustafa Paşa və Saliha Sultanın qızı Xədicə xanım Sultanla evlənmiş, Seyid Xəlil bəy (ö. 6 aprel 1782) adlı oğlu dünyaya gəlmişdir.
Mənbə
- Sicill-i Osmani IV cild, səh. 16