Bığlı Hüseyn

Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlıİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur.[1]

Kənd
Bığlı Hüseyn
40°37′ şm. e. 44°57′ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Sevan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Bığlı Hüseyn xəritədə
Bığlı Hüseyn
Bığlı Hüseyn

Tarixi

Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir[2].

Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi.

Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi[4] əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir.

Mürəkkəb quruluşlu etnotoponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür. 1922-ci ildə burada 53 nəfər təkcə azərbaycanlı yaşamışdır[6].

1923-25-cı illərdə kənddə olan azərbaycanlılar sıxışdırılaraq çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.639, 647
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.34
  4. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 16-17, 100-101
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.101
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.