Bürsülüm
Bürsülüm — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Bürsülüm | |
---|---|
38°39′52″ şm. e. 48°38′54″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 630 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 252 (2009) nəfər |
|
Əhalisi
Əhalisi 4089 nəfərdir.[2]
Toponimiyası
Limər çayının (Lənkəran çayının qolu) sağ sahilində, Peştəsər silsiləsinin yamacında yerləşən bu kənd XIX əsrin sonlarında Anzolu, Təngəbin və b. kəndlərdən çıxmış ailələrin onlara məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim bür/bürmə (qalın kolluq) və sülüm (tikanlıq) sözlərindən düzəlib. Oykonim qışlaq yerinə xas olan "kollu, tikanlı sahə" deməkdir.[3]
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2022-cu il. I cild. Bakı - 2010.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 144.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.