Bürcəli Əsgərov

Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; 15 fevral 1933, Gürcüstan SSR, ZSFSR və ya SSRİ1 noyabr 2005, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982).

Bürcəli Əsgərov
Bürcəli Əsgərov Veysal oğlu
Doğum tarixi
Doğum yeri Qasımlı, Borçalı, Gürcüstan SSR, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı

oğlu: Hikmət Əsgərov

qızı: Lalə Əsgərova
Atası Veysal Əsgərov
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

Həyatı

Bürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib.

Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb.

Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır. Aktyor bütün janrlı səhnə əsərlərində sərbəst, yaradıcılıqla və dinamik ehtirasla oynayır.

Yaradıcılığı

Bürcəli Əsgərov ilk növbədə tipik və xarakterik rollar aktyorudur. Eyni zamanda müəyyən tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyini oynamışdır. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun gəlir. Realist və lirik psixoloji üslublu tanıaşalarda da yaddaqalan bədii drarmatik surətlər oynayıb. Öz rollarını, xususən klassik əsərlərdəki obrazları əsasən daxili ehtirasla və romantik vüsətlə oynamağa üstünlük verir.

Bürcəli Əsgərov 2000-ci ildən, həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyir.

Teatr sənətində qazandığı nailiyyətlərə, uğurlu aktyor ifalarına görə 1982-ci il dekabr ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

Əsas rolları

Akademik Milli Dram Teatrı

  1. Şeyx Sənan (H. Cavid) — ikinci cavan; Simon
  2. Qəribə adam (N. Hikmət) — Kamil
  3. Almaz (C. Cabbarlı) — Gülverdi; Barat
  4. Cavanşir (M. Hüseyn) — Bizans elçisi
  5. Qaçaq Nəbi (S. Rüstəm) — Tapdıq; Mehdi
  6. Tufanlı il (A. Kapler) — Vasilyev; zabit; Mins
  7. Hotelio (V. Şekspir) — senat zabiti
  8. Göz həkimi (İ. Səfərli) — Rauf; professor Şahbazov
  9. 1905-ci ildə (C. Cabbarlı) — (işçi Səməd)
  10. Od gəlini (C. Cabbarlı) — Toğrul
  11. Kəndçi qızı (M. İbrahimov) — Rəşid
  12. Tufan (digər adı "Tayfun") (T. Yuy) — Lu Da Xay
  13. Dönüş (C. Cabbarlı) — Zaman; Bayram
  14. Ana ürəyi (İ. Səfərli) — leytenant
  15. Dağlar qızı (A. Babayev) — Kamil
  16. Əliqulu evlənir (S. Rəhman) — Kamal
  17. Əcəb işə düşdük (Ş. Qurbanov) — Zahid; Lütfiyar
  18. Bağlı qapılar (H. Seyidbəyli) — Toğrul
  19. Hacı Qara (M. F. Axundzadə) — Heydər bəy
  20. Səyavuş (H. Cavid) — Bəhram
  21. Antoni və Kleopatra (V. Şekspir) — Sekst Pompey
  22. Tanya (A. Arbuzov) — Furmanov
  23. Vaqif (S. Vurğun) — Əli bəy; Arşak; Şaliko; Əhməd kişi; Eldar; Vidadi
  24. Dəlilər (digər adı "Valensiya dəliləri"), (L.de Veqa) — Leopaço
  25. Hind gözəli (Y. Osnos və V. Vinnikov) — Aryaka
  26. Yaxşı adam (M. İbrahimov) — Qardaşxan
  27. Orlean qızı (F. Şiller) — Raymond
  28. Yalan (S. Rəhman) — Şamil
  29. Söz yarası (Q. Rəsulov) — Lətif
  30. Oqtay Eloğlu (C. Cabbarlı) — Şəkinski
  31. Hamlet (iki quruluşda) (V. Şekspir) — kölgə
  32. Nakam qız (A. Şirvanzadə) — Murad
  33. Canlı meyit (L. Tolstoy) — Zabit
  34. Xəyyam (H. Cavid) — Məlik şah; Yusif
  35. Zamanın hokmü (N. Poqodin) — İppolit
  36. Küləklər (S. Rəhman) — Hüseyn
  37. Qızıl (Y. O'Nil) — Cimmi Kanana
  38. Əks-səda (N. Xəzri) — Qaynar
  39. Qılınc və qələm (M. S. Ordubadinin eyniadlı əsəri əsasında T. Kazımovun işləməsi) — Ağabəy Məhəmməd
  40. Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram
  41. Dəli yığıncağı (C. Məmmədquluzadə) — Hacı Məhəmməd Əli
  42. Mənsiz dünya (N. Xəzri) — Hacı Əsədulla
  43. Unuda bilmirəm (İ. Əfəndiyev) — Möhsünzadə
  44. Ümid (M. İbrahimbəyov) — Bədirov
  45. Məhəbbət əfsanəsi (N. Hikmət) — vəzir
  46. Yastı təpə (Ə. Əylisli) — Mürsəl
  47. Yad adam (L. Frank) — dənizçi
  48. Xurşid banu Natəvan (İ. Əfəndiyev) — qoca Knyaz
  49. Maqbet (V. Şekspir) — Banko
  50. İblis (H. Cavid) — birinci zabit
  51. Qarabağ əfsanəsi (Q. Rəsulov) — Qara
  52. Səadət sorağında (X. Əlimirzəyev) — Aslanov (kiçik səhnədə)
  53. Təhminə və Zaur (Anar) — Məcid Zeynallı
  54. Həyatın dibində (M. Qorki) — Kostılyev
  55. Şeyx Xiyabani (İ. Əfəndiyev) — Hacı Fərhad
  56. Bizim qəribə taleyimiz (İ. Əfəndiyev) — Ataxan
  57. Qızıl teşt (S. Səxavət) — Dəmirov
  58. Sevgililərin cəhənnəmdə vüsalı (İ. Əfəndiyev) — Afşar Hüseyn
  59. Gülüstanda qətl (C. Əlibəyov) — İlyas İsbatov
  60. Gecə döyülən qapılar (N. Xəzri) — Qəni müəllim
  61. Məhəbbət yaşadır (N. Hacızadə) — Cığatay
  62. Min illərin işığı (K. Abdullayev) — Xoca Abdulla
  63. Qisas qiyamətə qalmaz (N. Hacızadə) — Curxan
  64. Hökmdar və qızı (İ. Əfəndiyev) — Cavad xan
  65. Fərhad və Şirin (müxtəlif quruluşlarda (S. Vurğun) — igid; Azər baba
  66. Sokratı anma gecəsi (digər adı "Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şaxanov) — Şairin atası. "
  67. Ulduz, yaxud Ədirnə fəthi (C. Cabbarlı) — Nazim paşa
  68. Eşq və intiqam (S. S. Axundov) — Şahbaz bəy

İrəvan Dövlət Azərbaycan Dram Teatrı

  1. Məhəbbət yaşayır hələ… (Hidayət) — Əliş Vəlişoviç
  2. Durnalar qayıdanda (Hidayət) — Vəli Qulamoviç
  3. Yalan (S. Rəhman) — Saleh
  4. Əsgər anası (A. Rəhimov) — Kamal

Filmoqrafiya

  1. Onu bağışlamaq olarmı? (film, 1959) — rol: leytenant Rəsulov
  2. Mənziliniz mübarək
  3. Göz həkimi (film)
  4. Canavar balası
  5. Qırmızı qar (film, 1998)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.