Bürünc atlı (poema)
Tunc atlı (rus. Ме́дный вса́дник) — Aleksandr Puşkinin poeması.
A. Puşkinin 1833-cü ildə yazdığı "Tunc atlı" poemasında Puşkin 1824-cü ildə Peterburqda baş verən daşqını və Pyotrun tunc heykəlini təsvir edir. Bu illərdə Puşkin tez-tez Pyotru və Pyotr dövrünü xatırlaması təsadüfi deyil. Pyotrdan çox bəhs etməklə şair onu sonrakı rus çarlarına qarşı qoyur və mövcud ictimai quruluşa, Nikolay irticalarına qarşı nifrətini ifadə edirdi. "Tunc atlı" poeması çoşqun bir vətənpərvərlik hissi ilə yazılmış əsərdir. Xüsusilə Peterburq poemada böyük məhəbbətlə təsvir edilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.