Bürünc atlı (heykəl)

Bürünc atlı (rus. Ме́дный вса́дник) — I Pyotrun Sankt-Peterburqda yerləşən atlı heykəlidir. Heykəl İmperatriça II Yekaterinanın sifarişi ilə fransız heykətəraş Etyen Moris Falkone tərəfindən hazırlanmışdır. Heykəlin adı A.S.Puşkin tərəfindən 1883-cü ildə yazılmış və rus ədəbiyyatının ən geniş yayılmış poemalarından biri olan "Bürünc atlı" poemasından gəlmişdir. Hazırda "Azadlıq heykəli" Nyu-Yorkun simvolu olduğu kimi, "Bürünc atlı" heykəli də Sankt-Peterburqun simvoludur (hər iki heykəl fransız mənşəli heykəltaraşlar tərəfindən hazırlanmışdır). Heykəlin pyedastalı insan tərəfindən tərpədilmiş ən böyük daş olan[1] "Şimşək daşı"dır.

Bürünc atlı
Ме́дный вса́дник
Ölkə Rusiya Rusiya
Yerləşir Sankt-Peterburq
Heykəltaraş Etyenn Moris Falkone
Tikilib 1768
Vəziyyəti Rusiyanın gerbi Rusiya Federasiyasının Mədəni irsi
Hündürlüyü 10,4 m
Material qranit, bürünc
Saxlanıldığı yer Senat meydanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

I Pyotrun atlı heykəlinin modeli heykəltaraş Etyen Falkone tərəfindən 1768–1770-ci illərdə hazırlanmışdı. Heykəlin başı heykəltaraşın tələbəsi Mari Ann Kollo tərəfindən işlənmişdir. İlanı Falkonenin ağlına Fyodor Qordeyev salmışdı. Heykəlin tökülməsi Petroviç Vasili Yekimovun rəhbərliyi altında həyata keçirilmiş və 1778-ci ildə tamamlanmışdı. Memarlıq-planlaşdırma həlli və işə ümumi nəzarət Y. M. Felten tərəfindən yerinə yetirilmişdir.

1776-cı ilin avqustunda maarifçi-filosof D. Didronun məsləhəti ilə II Yekaterinanın tapşırığı əsasında Rusiyanın Fransadakı nümayəndəsi D.A.Qolıtsin heykəltaraş Falkone ilə müqavilə imzalamışdı. 15 oktyabr 1766-cı ildə Falkonenin Peterburqa gəlməsindən sonra abidənin inşası işlərinə başlanmışdır. Heykəltəraş üçün emalatxananı Yelezaveta Petrovnanın Taxta Qış sarayının keçmiş Taxt zalında təşkil etmişdilər. Saray yaxınlığında yerləşən keçmiş axır binası Falkonenin yaşaması üçün uyğunlaşdırılmışdı. 1773-cü ildə Felten Falkoneyə kömək etmək üçün təyin edildi: o, işdən azad edilmiş kapitan de Laskarini əvəz etməli idi, həmçinin həmin vaxt heykəlin ucaldılması üçün memarın köməyinə ehtiyac var idi.

Şimşək-daş

Abidənin pyedestalla birlikdə ümumi görünüşü.

Heykəlin pyedastalı kimi istifadə olunmuş "Şimşək daş" (rus. Гром-Камень) adıyla tanınan nəhəng qaya 1768-ci ildə Fin körfəzindən 6 km (3.7 mil) aralıda yerləşən tarixi Laxta rayonu ərazisində aşkarlanmışdı.[2] Daş adını şimşək tərəfindən parçalanması haqqında yerli əfsanədən almışdır. Falkone daşı aşkarlandığı yerdə işləmək istəsə də, II Yekaterina daşı kəsilməmiş Peterburqa gətirmişdi. Qayanın yarısı yerin içinə batdığı və ərazi bataqlıq olduğu üçün rusların qayanı qazıb çıxarmaq və şəhərə gətirmək üçün yeni metod işləmələri lazım idi. Kefalloniya adlı kiçik yunan adasından olan və Rusiya ordusunda zabit kimi xidmət edən Marinos Karburis (yun. Μαρίνος Χαρμπούρης) bu işi öhdəsinə götürdü. Karburis Vyanada mühəndislik təhsili almışdı və mühəndis diplomu olan ilk yunan idi.[3]

Şimşək-daşın daşınması.

Karburis idarə etdiyi işçilərə, qışın gəlməsini və bataqlığın donmasını gözləməyi tapşırdı, daha sonra isə qaya parçasını bataqlıqdan çıxararaq limana aparmağa başladı. Karburis 13.5 sm (6 inç) bürünc kürələr üzərində hərəkət edən metal xizək hazırladı. Bu mexanizm daha sonra kəşf edilmiş kürə sistemli hərəkət mexanizmi kimi işləyirdi. İşi maraqlı edən digər bir cəhət isə, bu mexanizmin heç bir heyvan və maşın istifadə olunmadan, tamamilə insan əli ilə işləməsi, daşın Senat meydanın insan gücü ilə gətirilməsidir.[3] Mexanizmi hazırladıqdan sonra Karburis 400 nəfər işçi ilə doqquz ay ərzində daşın Sankt-Peterburqa daşınması ilə məşğul oldu, həmin müddətdə isə daşyonanlar nəhəng qranit parçasına forma verməyə çalışırdılar.[4] II Yekaterina periodik olaraq iş yerini ziyarət edir və prosesin necə irəlilədiyini müşahidə edirdi. Böyük qaya parçaları çox ağır olduğundan onların hərəkət etdirilməsi üçün 32 insanın gücündən istifadə edilirdi. Digər bir problem isə cəmi 100 m yol olması idi ki, bu da hərəkət bitən hissələrin sökülməsi və serətlə yeni yolda qurulmasını tələb edirdi.[3] Bununla belə, düz ərazidə işçilər gün ərzində 150 m yol qət edə bilirdilər. Dənizə girişdə xüsusilə Şimşək daşı üçün xüsusi barj inşa edilmişdi. Gəmi iki tərəfdən tam ölçülü döyüş gəmiləri ilə dəstəklənirdi.[3] İki ilə yaxın zəhmət və qısa səyahətdən sonra 1770-ci ildə daş nəhayət ki, məkanına çatdırıldı. Daşın şəhərə çatdırılması şərəfinə medal buraxılmışdı.[5]

Şimşək daşı insan tərəfindən hərəkət etdirilmiş ən böyük daşdır.[3] Bu daş iri və ağır idi; o, insan gücü ilə Fin körfəzindən 6 km (4 mi) hərəkət etdirilərək Neva çayı vasitəsiylə Sankt-Peterburqa gətirilmişdir.

Fransız dilli "La Nature" jurmnalının 1882-ci il nəşrində yayımlanmış məlumata görə kəsilməmişdən əvvəl daşın ölçüləri 7 × 14 × 9 m kimi olmuşdur. Qranitin tərkibinin sıxlığına görə daşın çəkisi 1500 tona yaxın olmuşdur.[3] Falkone daşın istədiyi formada görünməsini təmin etmək üçün onun bəzi hissəsini kəsmişdir, buna görə də hazır pyedastalın çəkisi daşın çəkisindən bir qədər azdır.

Heykəl

Böyük Pyotrun abidəsinin açılışı, A.K.Melnikovun A.P.Davıdovun rəsmi əsasında işlədiyi qravür, 1782-ci il.

I Pyotrun atlı heykəli, Romanovlar sülaləsinə gəlin gəlmiş alman mənşəli II Yekaterinanın sifarişi ilə, hazırlanmış, Sankt-Peterburqun Senat meydanında (əvvəllər Dekabristlər meydanı) ucaldılmışdı. II Yekaterinanın heykəli ucaltdırmaqda məqsədi I Pyotrun varisi olduğunu göstərmək və hakimiyyətə hüququ çatdığını xalqa isbat etmək idi.[6] İmperatriça heykəlin hazırlanmasını maliyyələşdirmiş, heykəlin üstündə latın dilində "Petro Primo Catharina Secunda MDCCLXXXII" və rus dilində "Петру перьвому Екатерина вторая, лѣта 1782" yazılmışdır ki, hər iki ifadə də " II Yekaterinadan I Pyotra, 1782-ci il" anlamını verir. Hakimiyyət dəyişikliyi zamanı II Yekaterinanın Rusiya taxtına hüquqi varisliyi yox idi və imperatriça bunun əksini göstərmək üçün sələfi olmuş hökmdarların xatirələrini yad edirdi.

Heykəlin hazırlanmasına 1775-ci ildə, Yemelyan Xailovun nəzarəti altında başlanmışdır. Yoxlama zamanı qəlibin sınması nəticəsində isti bürünc axdı və yanğın baş verməsinə səbəb oldu. Yoxlanışı xilas etməyə çalışan Xailov xaric bütün işçilər qaçır.[4] Bu uğursuz yoxlamadan sonra material əridilmiş və heykəl tökülmüşdür. At, çapar və pyedastalla birlikdə ümumilikdə "Bürünc atlı"nın hazırlanması on iki il çəkmiş və 1770–1782-ci illəri əhatə etmişdir.

Vasili Surikov — Bürünc atlı.

Gənc Mari Ann Koll Pyotrun üzünü 18 yaşlı kimi təsvir etmişdir. O, Falkonenin 1766-cı il Rusiya səfəri zamanı şagirdi kimi onu müşayət etmişdi. Falkonenin tələbələri və Jan-Baptist Lemoyne onu Madmuzel Viktuar (Mademoiselle Victoire, Miss Qələbə) adlandırırdılar. Mari I Pyotrun üzünü, onun ölüm maskası və Peterburqda gördüyü bir neçə portret əsasında işləmişdi. Heykəlin sağ əli Niderlandın Vurburq şəhəri ərazisində 1771-ci ildə aşkarlanmış Adrian Forumu adlı Qədim Roma şəhərindən tapılmış tunc Roma heykəl əli əsasında işlənmişdir.

Pyedastalın inşası ilə başlamış heykəlin ucaldılması prosesi on dörd il sonra tamamlanmış və 7 avqust 1782-ci ildə minlərlə adamın iştirakı ilə heykəlin təntənəli açılışı olmuşdur. İmperatriça ilə aralarındakı anlaşılmazlığın ciddi konfliktə çevrilməsindən sonra Falkone layihənin tamamlanmasından dörd il əvvəl Sankt-Peterburqu tərk etmiş və buna görə də açılışda iştirak etməmişdi. II Yekaterina onunla bağlı hər şeyi unutmuş, öz yaradıcılıq nümunəsi kimi heykəlin açılışında iştirak etmişdi.[4]

Heykəldə Böyük Pyotr qəhrəmancasına atın üzərində oturmuş təsvir edilmişdir, o sağ əlini qaldıraraq Neva çayına istiqamətləndirir. Heykəltəraş onun atının sıldırım qaya kənarına gəlməsi ananı təsvir etmək istəmişdir. Onun atı ilanı ayaqlayır ki, bu da satqınlıq, şər qüvvələr, I Pyotr və onun islahatlarının düşmənlərini təsvir edir.[7] Heykəl özü 6 m (20 ft), pyedastal 7 m (25 ft), ümumilikdə abidə 13 m (45 ft) hündürlüyə malikdir.[8]

Mayor Baturin haqqında əfsanə

1812-ci il vətən müharibəsi zamanı Rusiya Hərbi Qüvvələrinin geri çəkilməsi nəticəsində Sankt-Peterburqun fransız hərbiçiləri tərəfindən işğal olunması təhlükəsi yaranmışdı. Belə bir hadisənin baş verəcəyindən narahat olan I Aleksandr şəhərdə olan bütün dəyərli incəsənət nümunələrinin oradan çıxarılmasını əmr etdi. Dövlət katibi Molçanova I Pyotrun heykəlinin Voloqod quberniyasına aparılması işi həvalə olundu və bu iş üçün bir neçə min rubl ayırıldı.

Həmin dövrdə mayor Baturin çarın yaxın adamlarından biri olan knyaz Qolıtsinlə görüşə və ona hər gecə gördüyü yuxu haqqında xəbər verə bilir. Baturin yuxunda özünü Senat meydanında görürdü. Pyotrun heykəli hərəkətə gəlir. Atlı dayandığı qayanın üstündən atlayaraq o zaman I Aleksandrın yaşadığı Daş adasına doğru irəliləyir. Atlı adadakı Daş adası sarayının həyətinə daxil olur və hökmdar onu qarşılayır. "Cavan oğlan, mənim Rusiyamı nə hala salmısan – deyir Böyük Pyotr – lakin, nə qədər mən öz yerimdəyəm, mənim şəhərimi heç bir təhlükə gözləmir!" Bundan sonra atlı geri çevrilir və dördnalla çaparaq öz yerinə qayıdır. Mayor Baturinin sözlərindən təsirlənən Qolıtsin, onun yuxusunu olduğu kimi I Aleksandra danışır. Nəticədə I Aleksandr heykəlin şəhərdən çıxarılması fikrini dəyişir. Heykəl yerində qalır. .[9][10][11]

Ehtimal edilir ki, mayor Baturinin yuxusu haqqında əfsanənin əsasında A. S. Puşkinin "Bürünc atlı" poeması durur.[12].

Leninqradın blokadası

XIX əsr şəhər əfsanəsinə görə "Bürünc Atlı"nın şəhərin ortasında durduğu müddətdə düşmənin şəhərə qalib gəlməsi mümkün deyil. Böyük Vətən Müharibəsində Leninqradın (Sankt-Peterburq 1924–1991-ci illərdə bu adı daşımışdır) 900 günlük mühasirəsi zamanı heykəl zədələnməməsi üçün qumla doldurulmuş torbalarla əhatə edilmiş və taxtalarla möhəmləndirilmişdir. Bu yolla şəhərin 900 günlük bombardmanı zamanı hekəl zədələnməmişdir.[7] Əfsanəyə uyğun olaraq, heç bir düşmən şəhəri işğal edə bilməmişdir.

"Bəbəxt Pavel!"

Peterburq folklorunda Böyük Pyotrun ruhunun gələcəkdə heykəlin ucaldılacağı yerdə gələcək imperator I Pavelin gözünə görünməsi haqqında əfsanə vardır.

Bir dəfə gecə Pavel dostu knyaz Kurakinlə birlikdə Peterburq küçələrində gəzirmiş. Birdən qarşılarında uzun plaş geyinmiş bir adam görürlər. Aydın olur ki, həmin adam onların gəlişini gözləyirmiş və onlar yaxınlaşdıqdan birlikdə hərəkətə başlayır. Pavel çevrilir və Kurakinə deyir: "Kimsə bizimlə birgə yeriyir". Lakin Kurakin heç kimi görmür və Paveli heç kimin olmadığına inandırmağa çalışır. Birdən ruh deyir: "Pavel! Bədbəxt Pavel! Mən sənin varlığında iştiak edənəm!" Bundan sonra ruh sanki onları öz ardınca aparırmış kimi qabağa keçmiş və irəliləmişdir. Meydanın ortasına gələn ruh, gələcəkdə heykəlin ucaldılacağı yerdə durmuşdu. "Əlvida, Pavel, — deyir ruh – sən məni yenə burda görəcən". Aralanarkən papağını qaldırdıqda, Pavel, dəhşət içində Pyotrun simasını görmüşdü.

Əfsanənin tekstoloji təhlili göstərir ki, o, baronessa fon Oberkirxin xatirəsindən qaynaqlanmışdır. Baronessa, öz xatirələrində Pavelin, hər nə qədər istəməsə də, kütlənin içində bu hadisəni necə danışmasını təsvir etmişdir. Baronessa və Pavelin həyat yoldaşı Mariya Fyodorova arasındakı uzun illik dostluq münasibətlərinin baronessanın çoxcildlik xatirələrində əks olunması, təsvir olunan hadisənin qaynağının da gələcək hökmdarın özü olduğu ehtimalını artırır.[13].

Pavel bu hekayəni sadəcə bir lətifə kimi mi danışmışdı? Memuaristika nöqteyi-nəzərindən bu belə deyil. Q. Fon Oberkirx xəbər verir ki, hadisənin nəql edildiyi şam yeməyindən bir neçə ay sonra Pavel Sankt-Peterburqdan məktub almışdı. Məktubda, Böyük Pyotrun hazırda "Bürünc atlı" kimi məşhur olan heykəlinin təntənəli açılışından xəbər verilirdi. Q. Fon Oberkirxin sözlərinə görə gələcək hökmdar məktubu oxuyarkən hər nə qədər gülümsəməyə çalışsa da, rəngi ölü kimi ağarmışdı.[14]

Mədəniyyətdə

Aleksandr Benuanın Puşkinin poemasına çəkdiyi illüstrasiya.
SSRİ xatirə sikkəsi.

Bürünc atlı və "mistik Peterburq mətni"

"Bürünc atlı" heykəli rus ədəbiyyatı ilə də sıx əlaqəlidir və "mistik peterburq mətni"nin mərkəzində yerləşməklə duallıq və sürrealizm daşıyıcısıdır.[15]

Öz adına görə "Bürünc atlı" A.S.Puşkinin eyniadlı poemasına borcludur. 1824-cü ildə sevgilisi Paraşı sel zamanı itirmiş dövlət qulluqçusu Yevgeni yaddaşsız şəkildə Peterburq küçələrini dolaşır. Meydanda I Pyotrun heykəli ilə qarşılaşan qəhrəman başa düşür ki, onun başına gələn bütün bəlalarda hökmdar günahkardır – insanlara yad olan və sel təhlükəsi olan yerdə şəhər salınmasını məhz o əmr etmişdi. Yevgeni heykəli təhqir edir, bu zaman "Bürünc atlı" postamentindən atlayaraq dəlinin arxasınca çapmağa başlayır. "Bürünc atlı"nın yerindən aşması yalnız xəstənin təxəyyülünün məhsuludurmu, yoxsa həqiqətdir – bilinmir.[16]

Eyni motiv F. M. Dostoyevskinin "Yeniyetmə" romanında da istifadə olunub.[17]

Andrey Beliynin "Peterburq" romanında hallüsinasiyaların əsiri olan qıhrəman şər qüvvələrlə işbirliyinə girərək yoldaşını öldürür. Daha sonra o qanlı qayçı qarşısında duraraq cəsədin üstünə qalxır və "Bürünc atlı" pozasını alır.[18]

Mistik-şair Danil Andreyev ən məşhur əsəri olan "Dünyanın qızıl günü" əsərində cəhənnəm Peterburqunu təsvir edərkən göstərir ki, "Bürünc atlı"nın əlindəki məşəl qaranlıqdakı yeganə işıq mənbəyidir, həmçinin burada Pyotr atın yox, qəddar əjdahanın belində oturur.[19].

Xatirə sikkəsi

1988-ci ildə SSRİ Bankı üzərində I Pyotrun Sankt-Peterburqdakı heykəlinin (Bürünc atlı) təsviri olan 5 rubl nominallı xatirə sikkəsi buraxmışdı. Mis-nikkel qarışığından, 2 mln nüsxə ilə buraxılmış sikkənin çəkisi 19,8 qramdır.[20]

Filateliyada

Abidə 1904-cü ildə nəşr edilmiş № 58-li (xeyriyyə buraxılışı) Rusiya markasında təsvir edilmişdir.

İstinadlar

  1. Adam, 1977. səh. 42−45
  2. "Lakhta". Saint Petersburg Encyclopaedia. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2014.
  3. "Transport du piédestal de la statue de Pierre le Grand". La Nature magazine, second semester 1882. 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2014.
  4. "Bronze Horseman". Optima. 2007. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2014.
  5. "Thunder-Stone". Saint Petersburg Encyclopaedia. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2015.
  6. "St. Petersburg in Architecture: The Bronze Horseman". University of Michigan Taubman College of Architecture + Urban Planning. 2003. 31 December 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 April 2007.
  7. "The Bronze Horseman". Saint-Petersburg.com. 2007. 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2014.
  8. "Saint Petersburg". TourArena. 2001. 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktybar 2014.
  9. "legendi pamiatnikov". 2009-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
  10. "Городские истории и легенды. Памятник Петру I в Санкт-Петербурге, или Анекдот про то, как родился «Медный всадник»". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
  11. Медный всадник. Сон майора Батурина
  12. "ФЭБ: Измайлов. "Медный всадник" А. С. Пушкина: История замысла ... — 1978 (текст)". 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-31.
  13. Нежинский Ю. В., Пашков А.О. Мистический Петербург: историческое расследование. — Montreal: Т/О "НЕФОРМАТ" Издат-во Accent Graphics Communications, 2013. С. 16–18. — ISBN 9-78130155-498-0
  14. Memoirs of the Baroness d’Oberkirch, countess de Montbrison (3 volumes). Vol 2. L., 1852. P. 146–147
  15. Нежинский Ю. В., Пашков А.О. Мистический Петербург: историческое расследование. — С. 18–19
  16. Пушкин А. С. Собрание сочинений в 10 томах. Т. 3. Л., 1977. С. 284–300
  17. Достоевский Ф. М. Собрание сочинений в 15 томах. Т. 8. Л., 1957. С. 218
  18. Андрей Белый. Между двух революций. М.. 1991. Электронная версия.
  19. Андреев Д. Л. Роза мира. М., 1991. Электронная версия
  20. "5 рублей 1988 Ленинград "Памятник Петру Первому"". 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2014.

Ədəbiyyat

  • Alexander M. Schenker, The Bronze Horseman: Falconet's Monument to Peter the Great, Yale University Press, New Haven CT, 2003 ISBN 0-300-09712-3.
  • Natalia Smirnova, Saint-Pétersbourg ou l'enlèvement d'Europe, éd. Olizane, Genève, 1996 ISBN 2-88086-191-8
  • Christiane Dellac, Marie-Anne Collot : Une sculptrice française à la cour de Catherine II, 1748–1821, L'Harmattan, (2005) ISBN 2-7475-8833-5.
  • Бакмейстер,И. Г. библиотекарь Имп. Академии наук перевод статьи из "Neues St. Petersburgisches Journal" (1782. Т. 4. С. 1–71), вышедшей отдельным изданием в 1783 г. ("Nachricht von der metallenen Bildsäule Peters des Grossen").Русское издание 1786 г. Arxivləşdirilib 2013-04-19 at the Wayback Machine
  • Памятники архитектуры Ленинграда. — Л.: Стройиздат, 1975.
  • Кнабе Г. С. Воображение знака: Медный всадник Фальконе и Пушкина. — М., 1993..
  • Иванов Г. И. Камень-Гром. Историческая повесть. — СПб.: Стройиздат-СПБ, 1994. — 112 с. — ISBN 5-87897-001-5.
  • Топоров В. Н. О динамическом контексте трехмерных произведений изобразительного искусства (семиотический взгляд). Фальконетовский памятник Петру I // Лотмановский сборник. 1. — М., 1995.
  • Проскурина В. Петербургский миф и политика монументов: Пётр Первый Екатерине Второй // Новое литературное обозрение. — 2005. — № 72.
  • Доклад императрице Екатерине II от Сената о месте для постановки монумента императору Петру Великому / Сообщ. Жан-Жанк // Русская старина, 1872. — Т. 5. — № 6. — С. 957–958. Arxivləşdirilib 2014-07-24 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.