Bünyan
Bünyan (türk. Bünyan) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseridən 40 km şimal-şərqdə, Mərkəzi Anadolu regionunun Yuxarı Qızılirmaq bölgəsində yerləşir. Rayonun səthi sahəsi 1306 km²-dır. Şəhərdə 8 qəsəbə və 24 kənd yer almaqdadır. Bünyan ilçəsi şərqdə Pınarbaşı, cənubda Tomarza, qərbdə şəhər mərkəzi, şimalda Sarıoğlan, şimal-şərqdə Ağqışla, cənub-qərbdə Talas və qərbdə Qocasinan ilə həmsərhəddir. İlçə əhalisi 43.795 nəfərdir.[1]
Bünyan | |
---|---|
38°50′55″ şm. e. 35°51′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bünyan kiçik bir yaşayış məntəqəsi olduğu üçün, tarixi Kayseriyə bağlı qalmışdır. Bölgə hansı dövlətin hakimiyyəti altında qalmışdırsa, Bünyan da onun tabeliyində olmuşdur. Bünyanın ilk yaşayış məskəninin xetlər tərəfindən salındığı buradaki mağaralardaki izlərdən bəllidir. Xetlər e.ə. 1450-1200-ci illər arasında Bünyanda hökm sürmüş və dövrün ən böyük yaşayış məntəqələrindən birini məhz burda qurmuşlar. Kaniş və Karum bu məntəqələrin ən böyük nümunəsidir.
İlçə, Qoramaz dağının şimal ətəklərində dəniz səviyyəsindən 1.348 m yüksəklikdə, 35° 52'' uzunluq və 38° 55'' coğrafi enliyində, Ərciyəs dağından 40 km şimal-şərqdə bir bölgədə qurulmuşdur.[2][3] Sivas-Kayseri dəmiryolu ilçənin Böyükduzhisar qəsəbəsindən keçir. Bölgəyə nəqliyyat köhnə Kayseri-Malatya avtomobil yolu ilə təmin edilir. Rayonun iqlimi kontinentaldır.[4]
Rayon iqtisadiyyatında kənd təsərrüfatı və heyvandarlıqla yanaşı xalçaçılıq və tikinti materiallarının istehsalı da mühüm yer tutur. Tarla əkinçiliyi demək olar ki, hər ilçənin hər bir kəndində aparılır. İlçədə sadəcə maldarlıqla keçinən bir kənd yoxdur. Lakin, ilçədə heyvandarlığın iqtisadiyyatda mühüm yer tutduğu kəndlər var. Ümumiyyətlə heyvandarlıq kənd iqtisadiyyatında kənd təsərrüfatından daha üstündür.[5]
Tarixçə
Bünyanın tarixinin çox köhnə olduğuna dair dəlil, ilçə yaxınlığındakı kəndlərdə mövcud olan mağara və xarabalıqlardan aydın olur. Mağaralardaki izlərdən xetlərin e.ə 4000-1200-cü illərdə burada məskunlaşması açıq aydın bilinir. İran, Assuriya və Roma mədəniyyətlərini yaşamış, lakin Anadolu Səlcuqlu Dövləti türkləşmişdir. Bölgə 1515-ci ildə Yavuz Sultan Səlim tərəfindən Osmanlı imperiyasının ərazisinə əlavə edilmişdir.
Əvvəllər Sarımsaqlı adlanan ilçə, 1895-ci ildə Sivas vilayətinin Pınarbaşı ilçəsindən çıxarılmış və Bünyan-ı Həmid adını qazanaraq müstəqil ilçə statusu almışdır. Bu ad "Həmidin quruluşu" mənasını verir. 1908-ci ildə Konstitusiya Monarxiyasının elan edilməsi nəticəsində Osmanlı sultanı II Əbdülhəmid taxtdan atıldıqdan sonra Həmidin adı ləğv edildi və adı Bünyan olaraq qaldı. 1912-ci ildə Sivasdan ayrılmış və Kayseriyə bağlanmışdır.
Coğrafiya
Bünyan ilçəsi Qoramaz dağının şimal yamacında yerləşir. Şəhərin mərkəzindən 40 km məsafədə yerləşən ilçənin ümumi səthi sahəsi 1306 km², hündürlük isə 1375 metrdir. İlçə şərqdən Pınarbaşı, cənubdan Tomarza, qərbdən şəhər mərkəzi, şimaldan Sarıoğlan, şimal-şərqdən Ağqışla, cənub-qərbdən Talas və qərbdən Qocasinan ilçələri ilə qonşudur.
İlçədə kontinental iqlim üstünlük təşkil edir. Yazları isti və quru, qışları soyuq və qarlıdır. Aprel, may və oktyabr aylarında yağıntı bol olur. Dekabr, yanvar və fevral aylarında adətən qar yağır. Orta illik yağıntının miqdarı 35 santimetrdir. Orta illik temperatur isə 10°-dir. Gecə ilə gündüz arasındakı istilik fərqi olduqca yüksəkdir.
İlçənin dağlıq ərazilərində kol və gəvənlərə rast gəlmək mümkündür. Son illərdə ilçə mərkəzində və kəndlərdəki su obyektlərində qovaq və söyüd ağacları əkilməyə başlanmışdır. Meyvə yetişdirmək üçün bir çox meyvə bağları var. Rayonda ərik, alma və armud boldur.
İnzibati quruluş
Bünyan rayonu mərkəz və Elbaşı alt ilçələrindən və ona bağlı kəndlərdən ibarətdir. 26 kənd var ki, bunlardan 19-u mərkəzə, 7-si isə Elbaşı alt ilçəsinə bağlıdır. Onlardan 26-sı kənd olmaq üzərə 57 muxtarlıq mövcuddur.
İqtisadiyyat
Kənd təsərrüfatı, heyvandarlıq, mövsümi tikinti işləri və xalçaçılıq rayonun əsas iqtisadiyyat sahələridir. Rayonda bir fabrik var. Bu fabrikdə təxminən 50-55 nəfər işləyir. Bünsa Döküm ASC 1970-ci illərdə polad istehsalı məqsədilə açılmışdır. Əkinçilik kəndlərdə və qəsəbələrdə ən əsas məşğuliyyətdir və yalnız mal-qara ilə keçinən bir kənd mövcud deyil. Kənd təsərrüfatında və heyvandarlıqda arzu olunan məhsuldarlıq hələ də əldə edilməmişdir. İlçədə buğda anbarı, buğda emalı fabrikləri var. İlçədə kənd təsərrüfatı maldarlıqdan daha çox inkişaf etmişdir. Xalça sənayesi iqtisadiyyata töhfə vermək baxımından rayon mərkəzində və kəndlərdə sənətkarlıq bir qolu olaraq öz mövqeyini qoruyur. Lakin son 10 ildə xalçaçılığın əhəmiyyəti və əhatə dairəsi davamlı olaraq azalmaqdadır. Hər evdə bir xalça dəzgahı var və xalça qadınlar tərəfindən toxunur. Rayonun adını ölkə daxilində və xaricdə elan edən Bünyan xalçaçılıq, hal-hazırda xalçaların toxunulmasında bazardan olduqca geri qalır.
Sosial quruluş
İlçədə təhsilə xüsusi əhəmiyyət verilir. Savadlılıq səviyyəsi 99%-dir. İlçənin bütün məktəblərində təhsil verilir lakin ilçədə Ərciyəs Universitenin kampusu yer almır.[6]
Rayonda mühüm bir əyləncə mərkəzi yoxdur. Bununla birlikdə, Bünyan Bələdiyyəsi tərəfindən qurulan Qayaaltı Alabalıq Damazlıq Təsərrüfatı, gəzinti sahəsi və Sarımsaqlı Axın mənbəyi olan Kayseri-Malatya yolundakı Sultan Çiftliği Alov Təsisatı olaraq xüsusi diqqəti cəlb edir.
İstinadlar
- "Bünyan". kayseri.ktb.gov.tr. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
- "Bünyan ilçesi hakkında bilgiler". kayseri.ktb.gov.tr. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
- "Kayseri'nin Bünyan İlçesi". kayseriden.biz (türk). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
- "Bünyan İlçesi". www.kayseri.gov.tr (türk). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
- "Bünyan İlçemizin Tarihçesi". www.bunyan.gov.tr. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
- "Bünyan'da eğitim". bunyanfl.meb.k12.tr (türk). 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.