Büllur saray

Büllur saray (ing. Crystal Palace) — Londonda şüşə və dəmirdən inşa edilmiş bina. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdir. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinə qarşı olan şahzadə Albert binanın inşası zamanı ağaclara ziyan vurulmadığına görə təklif olunan layihələr arasında yalnız bu layihəni bəyənmişdir.

Binanın əsas fasadı, 1851

Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etmişlər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürülür. 30 noyabr 1936-cı ildə bina yanğın zamanı məhv olur və bir daha bərpa edilmr.

Layihəsi

1851-ci ildə inşa edilmiş Büllur sarayın divarları bütünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub[1]. Sarayın əsas hissəsini sərgi zalı təşkil edir. Zalın ümumi sahəsi 90 000 m².-dir və 1400 insan üçün nəzərdə tutlmuşdur[2].

Həmçinin bax

İstinadlar

  1. "Mən dünyanı öyrənirəm" (Uşaq ensiklopedik toplusu). Bakı, "Təfəkkür" NPM, 2005. səh.107
  2. The Great Exhibition of 1851. Duke Magazine Volume 92, No.6, November-December 2006 Arxivləşdirilib 2007-09-07 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.