Bülbülün ev-muzeyi (Bakı)

Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir.[2]

Bülbülün ev muzeyi
Bülbülün yaşadığı evin fasadına vurulmuş barelyef
Bülbülün yaşadığı evin fasadına vurulmuş barelyef
Əsası qoyulub 1976
Açılış tarixi 10 iyun 1982
Ölkə
Yerləşir Bakı, Azərbaycan
Ünvan Xəqani küçəsi, 43
Direktor Fərqanə Cabbarova[1]
Telefon (+994 12) 493-56-97
40°21′ şm. e. 49°50′ ş. u.
bulbulmuseum.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.[3]

1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu.

1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur.

Ekspozisiyası

Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.

Həmçinin bax

İstinadlar

  1. Mədəniyyət TV. "Görkəmli bəstəkar Asəf Zeynallının 115 illiyi münasibətilə tədbir keçirilib" (az.). Youtube.com. 05.04.2024. İstifadə tarixi: 2024-04-05.
  2. "Bülbülün xatirə muzeyi". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.
  3. "Arxivlənmiş surət". 2017-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.