Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi.
Məzmunu
Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı?
Film haqqında
1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b. çəkilmişdir. 8 Oskar nominasiyasından 3-nü qazanan film əfsanəvi aktyor Qreqori Pekə “Ən Yaxşı Aktyor” kimi ilk və yeganə Oskarını qazandırdı. Amerika Film İnstitutunun (AFİ)“Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi” siyahısında bu film 21-ci pillədədir. AFİ-nin tərtib etdiyi “100 Ən Yaxşı Kino Qəhrəman” siyahısında Qreqori Pekin canlandırdığı Attikus Finç 1-ci pillədə qərarlaşıb. Qeyd edək ki, bu siyahıda 2-ci pillədə Harrison Fordun yaratdığı İndiana Cons, 3-cü pillədə isə Şon Konnerinin yaratdığı Ceyms Bond obrazıdır.
Rollarda
Aktyor/Aktrisa | Rolu |
---|---|
Qreqori Pek | Atticus Finch |
Con Megna | Charles Baker 'Dill' Harris |
Frank Overton | Şerif Heck Tate |
Rozmari Merfi | Maudie Atkinson |
Ruth Vite | Mrs. Dubose |
Brock Peters | Tom Robinson |
Estelle Evans | Calpurnia |
Robert Düvall | Arthur 'Boo' Radley |
Meri Bedem | Scout (Finch) |
Fillip Olford | Jem (Finch) |
Həmçinin bax
Xarici keçidlər
- Bülbülü öldürmək — Internet Movie Database saytında.
- Вручение Оскара Грегори Пеку на сайте youtube.com