Bülənt Karslıoğlu

Bülənt Karslıoğlu — peşəkar voleybol məşqçisi.[1] Türkiyə voleybolunun ən tanınmış simalarındandır. Türkiyədə Beşiktaş voleybol klubundakı işləri ilə tanınan mütəxəssis 2012-ci ildən etibarən Azərbaycan klublarından olan İqtisadçı Qadın Voleybol Komandasını çalışdırır. 2013-cü ilin yazında klubdan getsə də 2 ay sonra geri dönür.[2]

Bülent Karslıoğlu
Doğum tarixi
Doğum yeri Türkiyə Kars
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti türk
İxtisası Baş məşqçi
Fəaliyyəti Türkiyə Beşiktaş 2010-2011
Azərbaycan İqtisadçı QVK 2012-2013
Azərbaycan İqtisadçı QVK 2014-
Mükafatları Azərbaycan Superliqası 2012-2013 gümüş medal Silver Medal

Uğurları

Ən böyük uğuru 2011-ci ildə Beşiktaş komandasıyla CEV Kubokunda dördlər finalına çıxmasıdır.[3] Azərbaycanda yaşadığı ən uğurlu sezon isə 2012-2013 mövsümü olur. Superliqanın gümüş medalına yiyələnən məşqçi gözlənilməz istefadan sonra klubumuza geri dönür və klub tarixinin ən uğurlu mövsümünü yaşayır. Avropanın ən nüfuzlu klub turnirində son 13-ə qalan Bülənt Karslıoğlu rəhbərliyindəki Bakılılar sonda Karslıoğlunun həmvətənləri Vakıfbank Günəş Sığorta komandasına məğlub olur.

Ən maraqlı faktları

Özünəinamı ilə tanınan məşqçi tez-tez iddialı açıqlamaları ilə gündəmə gəlir. Məşqçinin "Türkiyə voleybolunun Fatih Terimi olmaq istəyirəm" sözləri bir müddət türk mediasını sallamışdır.[4] 2013-2014 Çempionlar liqasında isə maraqlı bir fakt CEV saytına qədər gəlib çıxmışdır. Belə ki, turnirdə iştirak edən hər üç türk klubunun baş məşqçisi italyan idi. Türkiyənin ən güclü baş məşqçisi isə turnirin digər bir iştirakçısı Azərbaycan klubu İqtisadçının başında idi.[5]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.