Bülövlük

BülövlükAzərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd.[1]

Bülövlük
39°46′38″ şm. e. 46°23′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Bülövlük xəritədə
Bülövlük
Bülövlük

Tarixi

Laçın rayonunun Qoşasu inzibati ərazi vahidində olan kənd Mıxtökən silsiləsinin (kiçik Qafqaz) ətəyindədir. Bəzi tədqiqatçıların fikrincə, oykonim bülöv (kəsici alətləri itiləyən daş) sözündən və çoxluq, yer, məkan bildirən -lük şəkilçisindən düzəlib, "bülöv daşı olan yer" mənasındadır. Lakin dağlarda bitən ağ çiçəkli yabanı dərman bitkisinin adı da bülöylüdür. Xırda heyvanların ayaqlarındakı xəstəliyi bu otla müalicə edirlər. Güman ki dağətəyi zonada yerləşən kəndin ərazisində bülöylü otunun zəngin olduğuna görə kənd belə adlandırılmışdır[2].

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhalisi

Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Bülövlük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 162. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.