Böyrək
Böyrəklər — insan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər.
Böyrək | |
---|---|
| |
Latınca | Renes |
Yunanca | Nephros |
Qrey | subyekt 253 1215 |
Sistem | Sidik-cinsiyyət |
Üzv | Sidik |
Arteriya | lat. arteria renalis |
Vena | lat. vena renalis |
Sinir | lat. nn.vagi; plexus celiacus |
Embrional | lat. mesenchyma intermedium |
MeSH | Kidney |
Dorlands/Elsevier | Kidney |
Vikianbarda əlaqəli mediafayllar |
Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır.
Sağ böyrək sol böyrəkdən bir qədər aşağıda yerləşir. Buna səbəb qaraciyərin sağ böyrək üstündə yerləşməsidir.
Böyrək iki qatdan əmələ gəlmişdir: Tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan. Xarici qatda çoxlu miqdarda xırda kapilyar yumaqcıqları yerləşir.Böyrək qabığı təxminən 5–7 mm qalınlığında olub piramidaların arasına çıxıntılar halında daxil olaraq piramidaları bir birindən ayırır. Daxili qat bir neçə kiçik 15-35-ə qədər konusabənzər piramidadan ibarətdir. Həmin piramidaların içərisindən nazik borucuqlar gedir ki, bunlar da piramidaların ucundakı məməciklərin üzərindəki dəliklərlə kiçik boşluğa-böyrək ləyəninə açılır. Buradan sidik axarı çıxır. Ümumiyyətlə, böyrəyi təşkil edən maddə mikroskopik böyrək borucuqlarından və böyrək cisimciklərindən ibarətdir. Xarici qatda böyrək cisimciklərində qədəhəbənzər kapsullar yerləşir.Kapsulların divarı iki qat epitel hüceyrələrindən əmələ gəlmişdir.Bu qatların arasında dar bir sahə yerləşir ki, buradan da qıvrım sidik borucuğu başlayır.
Borucuqların divarı birqat epitel hüceyrələrindən ibarətdir. Hər bir sidik borucuğu bir neçə dəfə qıvrılaraq ilgək əmələ gətirir və xırda piramidaların içərisindən keçən toplayıcı borucuqların birinə açılır.Hər bir kapsula gətirici böyrək arteriyasının mikroskopik kiçik şaxələri daxil olub kapilyar sisteminə keçir.Kapilyarlar yumaqcığı təşkil edərək, bir-biri ilə birləşir və nəticədə aparıcı arteriyanı əmələ gətirir. Burada həmin damar kapsuldan çıxıb sidik borucuğuna yaxınlaşır. Burada həmin damar yenidən kapilyarlarla ayrılaraq sidik borucuğunun ilgəklərini sıx top kimi bürüyür. Sonra onlar birləşərək kiçik vena əmələ gətirir və nəhayət, bunlar qanı böyrəkdən çıxaran böyrək venasına açılır.
Böyrəklərin işi
Sutka ərzində böyrəklərdə orta hesabla 1500-1700 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir. Böyrəklərdə sidiyin əmələ gəlməsi prosesi onun xarici qatında olan kapsullardan başlayır. Kapilyar damarlarına qan gətirən xırda arteriyalar bunlardan çıxan kiçik damarlardan enlidir. Odur ki, yumaqcıqlarda qan təzyiqi yüksək olduğundan, qan plazmasının tərkibində olan maddələr kapilyarların nazik divarından sıxılıb çıxarılır,yəni süzülərək kapsullara tökülür. Mayenin kapsullara süzülməsi onun təzyiqi bərabərləşənədək davam edir. İlk sidik belə əmələ gəlir. İlk sidik qan plazmasında çox az fərqlənir. Onun tərkibində dissimilyasiya məhsullarından başqa amin turşuları, qlükoza və orqanizmə lazım olan başqa birləşmələrdə də olur. İlk sidiyin tərkibində zülallar olmur. İlk sidik kapsullardan sidik borucuqlarına ötürülür. Burada o, arasıkəsilmədən dolanbac sidik borucuqlarından keçir. Sidik borucuqlarının divarlarını əmələ gətirən epitel hüceyrələri fəal işləyərək ilk sidikdən çoxlu miqdar da su və orqanizmə lazım olan bütün maddələri sorur. Sonra həmin maddələr epitel hüceyrələrindən keçib sidik borucuqlarını bürüyən kapillyarlar şəbəkəsindən qana qayıdır. Beləliklə, böyrək epiteli hüceyrələri böyük iş görür. Son sidik, sidik borucuqlarında əmələ gəlir. Son sidikdə amin turşuları, qlükoza və orqanizmə lazım olan başqa maddələr olmur.İlk sidikdən suyun təqribən 96%-i qana sorulur. Son sidikdə sidik cövhərinin miqdarı təqribən təxminən 66 dəfə artır.Həmçinin, digər, lazımsız maddələr miqdarıda çoxalır.
Böyrək və sidik yollarının müalicəsi
Böyrək bədənin mühüm orqanlarından biridir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Ta qədimdən, təbiblər onun sağlamlığının qorunması haqqında düşümüşlər. İlk növbədə profilaktik tədbir kimi böyrənin xəstələnməsinin və ya zəiflləməsinin qarşısını almaq məsləhət görülür. Bunun üçün bədən müntəzəm olaraq, lazımi miqdarda maye qəbul etməlidir. Maye işlətmək böyrəyin funksiyasını tənzimləyir. Əsəbi narahatlıq, həyəcanlanmaq, qorxu, təşviş və nigarançılıq qan təzyiqini pozur, bu da böyrəklərin fəaliyyətinə mənfi tə"sir göstərir. Böyrək daşına səbəb olan amillərdən biri xronik boğaz ağrısıdır. Böyrək narahatlığı hiss edənlər çox yağlı yeməklərdən, duz, yumurta, ədviyyə və sirkə işlətməkdən çəkinməlidirlər. Gavalı böyrəyin işini asanlaşdırır, xurma böyrək yollarını təmizləyir. Qara turp yemək böyrəkdə olan zərərli maddələri və zəhərləri dəf edir. Böyrək sancması zamanı almanı doğrayıb 0.5L qaynar suya tökür və 2 saat dəmləyirlər. Sonra ona bir qədər şəkər qatıb gündə bundan bir neçə dəfə istifadə edirlər. Böyrək ağrısı olanlar 1 həftə limon rejiminə keçməli, hər gün səhər-səhər hamamlandıqdan sonra limonun şirəsini azacıq su qatmaqla içməlidirlər. Ikinci gün 2, üçüncü gün 3 və bu minval ilə yeddinci gün 7 kiçik limonun şirəsini işlədirlər. Ikinci həftə isə hər gün 1 limon azaltmaqla həmin prosesi davam etdirirlər.
Böyrəyi xəstə olanlar, adətən çoxlu mə"dən suları, üzüm və qarpız işlədirlər.Böyrək iltihabı və yarası. Yemiş tumunun şirəsini şəkər və ya nilufər şərabı ilə içmək sidiyi qovur, istiliyi yatırır, ağrını sakitləşdirir və yara üçün münasibdir. Xiyar tumunun şirəsi də belə tə"sir göstərməklə yanaşı, böyrək quruluğunu aradan qaldırır. Gül yağı içmək və ya sürtmək iltihabı sağaltmaqla yanaşı, yara üçün faydalı hesab edilir. Iltihab və temperatur zamanı ayran, balqabaq suyu, xiyar və qarpız suyu, iskəncəbi, limon şərbəti, alma və heyva şərabı, nar suyu içmək və kətan paltar geymək münasibdir. Bunlar sidiyi qovur, böyrəyi təmizləyir, hərarəti aşağı salır və sidik yollarını açır. Həmçinin mərcimək aşı, abqora ilə arpa sıyığı yemək məsləhətdir. Iltihab qan ilə müşahidə olunarsa, nar suyu, pərpərən şirəsi və xiyar suyunu bənövşə şərabı, nilufər şərabı və yaxud gavalı şərabı ilə içmək münasibdir. Bu halda arpa unu, sirkə, təzə keşniş suyu və bağayarpağının ifraz etdiyi qatı mayedən ibarət qoymaq faydalıdır. Təpitmənin tə"sirini gücləndirmək üçün ona yumurta ağı, gül yağı, pərpərən suyu, qırxbuğum, bənövşə, neylufər, səndəl, balqabaq, xiyar və quşüzümü suyu əlavə etmək lazımdır.
Böyrək ağrıları.
Turp yemək ağrıları azaldır. Tənək çubuğunu qaynadıb suyunu ilıq halda içmək böyrək və sidik kisəsi ağrılarını sakitləşdirir. Qəliz yeldən olan böyrək və sidik kisəsi ağrısına qarşı şüyüd toxumu işlətmək, yel və maddə ilə müşahidə olunan böyrək ağrısı zamanı şaftalı tumunun yağını içmək faydalıdır. Temperaturla müşayiət olan böyrək və sidik kisəsi sancmasına qarşı pərpərən şirəsi içmək münasibdir.
Şirin badam yağı yemək böyrək ağrısını kəsir, soyuqdan olan böyrək ağrısı üçün turunc yağı yemək və ya sürtmək yaxşı təsir göstərir. Böyrəyin böyüməsi və şişi zamanı, əməköməci yarpağını gül yağında qaynadıb böyrək və sidik kisəsi nahiyəsinə qoymaq, çəpiş, qırqovul, kəklik, turac və ya fərə əti yemək lazımdır.Böyrək daşı. Bu zaman mədə yumşaldıcı şeylər yemək, hamama getmək müalicəni səmərələşdirir. Kətan üstündə yatmaq hərarəti aşağı salır, dəri üstündə yatmaq isə onu qaldırır.Yarpız, şüyüd, razyana, xiyar, mərəçüyüd, zirə böyrək daşının parçalanmasına kömək edir.
Əməköməci yarpağını qaynadıb bal və inək yağı ilə yemək daşı öz yerindən tərpədir. Daş qırıntıları çıxandan sonra çobanyastığı, xəşəmbül və gülxətmini qaynadıb onların suyunda çimmək, beli və böyrək nahiyəsini şüyüd yağı ilə yağlamaq tövsiyə edilir.
Göy lobya qabığının suyundan ilıq halda ac qarına 1 fincan içmək, böyrək daşı və sidik tutulması hallarında məsləhət görülür. Böyrək daşının müalicəsi üçün şalğam toxumunu döyüb, dəmləyərək işlədirlər. Həmçinin bu zaman zirinc ağacının kökündən 20-25q götürüb, 0.5L soyuq suda 10-15 dəq isladıb, sonra odda qaynadırlar. Daha sonra süzüb, şirin olmaq üçün ona azca şəkər qatır, hər yemək vaxtı 1 fincan içirlər.
Adi müalicə tədbirlərindən biri də hər gün xörəkdən xeyli əvvəl 1 fincan üzüm şirəsi içməkdir. Səhərlər acqarına yerkökü şirəsi içmək sidikqovucu tə"sirə malikdir və böyrək daşının müalicəsi üçün faydalıdır. Belə xəstəliyi olan adamların zeytun yağı, pərpərən, kərəviz, yemiş yemək məsləhətdir, ispanaq isə zərərdir. Böyrək daşının əriməsi üçün göyrüş (vən) ağacının qurudulmuş çiçəyindən 1 litr suda 25-30q dəmləyib içirlər. Bu həm də sidikqovucudur. Böyrəklərdə qum və ya daş olarsa çoxlu portağal şirəsi işlətmək masləhətdir. Sidik yollarındakı narahatlıqlar. Narahatlıq olduqda 30–60q quru innabı 1L suda yarım saatı qədər qaynadıb istifadə edirlər. Sidik ifarazı yanğı hiss olunarsa bunun üçün 1 çay qaşığı qədər quru neylufər çiçəyini 1 fincan qaynanmış suda dəmləyərək, gündə 2–3 dəfə qəbul edirlər.
Balqabaq tumunu süddə və ya suda bişirir və ağrı zamanı işlədirlər. Sidik yollarının iltihabı zamanı badam şərbətindən istifadə olunur. Bunun üçün 50q şirin badamı yarımisti suda isladıb qabığını çıxarır, həvəngdə bir qədər soyuq su qatmaqla döyüb, yumşaldaraq bir növ xəmir halına gətirir, sonra 50q bal əlavə edib yaxşıca qarışdırır və məhlulu süzüb təmizləyirlər. Sidik tutulması zamanı vəzəri suyunu badam və ya zeytun yağı ilə qatıb işlədirlər. Bu zaman sidikqovucu olan təzə razyana kökünü də (1L suda 50q) qaynadıb istifadə edirlər. Bu baxımdan qarğıdalı saçaqlarından istifadə etmək də faydalı sayılır. 5–10 q saçağın suyunu çıxarır, 100q bal şətbətinə qatıb gündə 30–80q içirlər. Sulu armud, cavan şalğam yarpaqları, kahı, çuğundur, razyana, yabanı kasnı, tərxun, quşüzümü, şaftalı sidikqovucu xassəyə malikdir və sidik yollarını təmizləyir. Keşniş toxumu da bu baxımdan faydalı hesab edilir. 1 çay qaşığı toxumu 1 fincan qaynar suda dəmləyib yeməkdən sonra istifadə edirlər. Tərxunu da bu qayda ilə dəmləyib içmək olar. Sidik tutulması. Bu zaman gülxətmi kökünün, dəmirtikanın qaynanmış suyu faydalıdır. Həmçinin sədəfotunu zeytunda qaynadıb parçanı isladaraq isti halda, sidik kisəsi nahiyəsinə qoymaq münasibdir. Qaynanmış pərpərən suyunu qasığa sürtmək, parçanı isladıb qasıq üzərinə qoymaq da bu baxımdan yaxşıdır.
Böyrək xəstəlikləri
Böyrək xəstəliklərinə sistit,böyrək daşları,böyrək xərçəngi,böyrəyin iltahabı,xroniki böyrək çatışmamazlığı və sairə