Böyükkişi Heydərli

Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist.

Böyükkişi Heydərli
Böyükkişi Səfiyar oğlu Heydərli
Təxəllüsü Yazıçı Qor
Doğum tarixi
Doğum yeri Horovlu, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADPİ
Fəaliyyəti yazıçı, jurnalist
Əsərlərinin dili azərbaycanca
yazichiqor.azersayt.com

Həyatı

Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz""Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

Böyükkişi Heydərli 28 aprel 2015-ci ildə vəfat edib.[1]

İstinadlar

  1. "Tanınmış şair, jurnalist Böyükkişi Heydərli vəfat edib". apa.az. 28 aprel 2015. 2016-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.