Böyükada

Böyükada (türk. Büyükada; Prinkipo, yun. Πρίγκηπος) — Mərmərə dənizində yerləşən Adalar arxipelaqı]]na daxil olan ən böyük ada. Ada İstanbuldan bir qədər aralıda yerləşir. Adanın sahəsi 5,36 km², əhalisi isə 7335 nəfər təşkil edir[1] (2000).

Böyükada
türk. Büyükada
Ümumi məlumatlar
Sahəsi 5,36 km²
Uzunluğu
  • 4,4 km
Eni 1,7 km
Hündür nöqtəsi 203 m
Əhalisi 7.335 nəfər (2000-ci il)
Yerləşməsi
40°51′28″ şm. e. 29°07′12″ ş. u.
Ölkə  Türkiyə
Akvatoriya
Böyükada xəritədə
Böyükada
Böyükada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Böyükada.

Materikdən eni 2,3 km olan Böyükada boğazı ilə ayrılır. İnzibati cəhətdən İstanbul ilçəsinin Adalar bələdiyəsinə daxildir. Ada iki dairəyə bökünür: Nizam və Maden.

Adada yaşayan əhalinin böyük qismi şimal və şimal-şərq hissədə cəmləşmişdir. Burada Böyükada qəsəbəsi yerləşir. Qərb sahilində Nizam, şimal-şərqində isə Təpəköy kəndləri vardır[2]. Adanın cənub (nisbətən dağlıqdır) hissəsində yaşayış yoxdur.

Adada iki iri təpədən ibarətdir. Cənubundakı təpə Yorqi dağıdır ki, onunda 211 metr hündürlüyü vardır. Şimalındakı təpə isə İsa təpəsi adlanır. İki zirvə adasındakı ərazidə Müqəddəs Nikolay kilsəsi yerləşir. Adanın qərbi Dil Burnunda bitir. Cənubunda çəmərlik mövcuddur.

Tarixi

Bizans imperiyası dönəmində ada imperator ailəsinin saxlandığı yer olmuşdur. Üstəlik adada monastır fəaliyyət göstərirdi. XX əsrin əvvələrində Sulran və onun ailə üzvlərinin villaları inşa edilmişdir. Adada məscid, katolik və erməni kilsələri, sinaqoq mövcuddur.

İnqilabdan sonra adada knyaz Dmitri Borisoviç Qolısın yaşamışdır. O, inqilaqda iki sonrra adada vəfat edir. SSRİ ərazisindən sürgün edilən Lev Troyski ömrünün dörd ilini adada keçirmişdir.

1950-ci illərə qədər adanın əhalisinin böyük qismi yunan balıqçıları və yunan, erməni və yahudi zənginləri təşkil edirdi[3].

Çağdaş dövr

Hazırda adada 7 min insan yaşayır[3]. Adaya ancaq bərələrlə getmək olur. Ada daxilində yerli əhali və turistlər ancaq piyada hərəkət edə bilirlər. Digər geniş yayılmış nəqliyyat növü velosipetdir. Adanın ən hündür nöqtəsi olan Yorqi dağına atla və ya piyada qalxılır. Üstəlik at arabaları da bu gün də burada aktualdır.

Görməli yerləri

Müqəddəs Georgi kilsəsi.

Adada olan Hamidiyə Camisi (Hamidiye Camii) II Sultan Əbdülhəmid tərəfindən 1892–1893 illərdə inşa etdirilmişdir. Burada sinaqoq, katolik və erməni kilsələri vardır. Osmanlı dövrünün varlı yunanlarının villaları bu gündə qalmaqdadır[4]. Burada məşhur "Yunan kimsəsizlərevi" (Prinkipo Palace) İsa təpəsində yerləşir. İlk əvvəllər bu binanı fransız şirkəti 1898-ci ildə mehmanxana və kazino kimi inşa etdirmişdi. Ancaq onun açılışına Əbdülhəmidin icazısi olmadığından yunanlar üçün kimsəsiz uşaqlara ev kimi verilir. Bu fəaliyyət 1903–1964 illərə qədər davam edir. 2010-cu ildə İstanbul provaslav kilsəsi Avropa məhkəməsində iddia əsnasında mülkə sahib çıxır. Gələcəkdə onun bərpa edilməsi planlaşdırılır[5][6]. Adada, həmçinin, kilsələr mövcuddur:

  • Müqəddəs Geirgiy Kudun məbədi, belə düşünülür ki, 963 ildə inşa edilmişdir[7]. Adanın ən hündür cənub zirvəsində inşa edilmişdir.
  • "İsa" məbədi — şimal təpəsinin üzərində inşa edilmişdir.
  • Kilsə və məbəd Müqəddəs Nikola (Aziz Nicola Rum manastir)
  • Məbəd Dmiti Solun (yun. Ναός τοῦ Ἅγίου Δημητρίου Μυροβλύτου) 1856-cı ildə, iki təpənin ortasında inşa edilmişdir.

Şəkillər

İstinadlar

  1. Büyükada Arxivləşdirilib 2017-07-08 at the Wayback Machine at Istanbul Metropolitan Municipality website
  2. "Topoqeafik xəritə". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  3. Liesl Schillinger. "A Turkish Idyll Lost in Time". New York Times. July 8, 2011. April 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2016.
  4. "The Greek Orphanage in Prinkipo: A case against Turkey in Europe". 2015-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  5. "Greek orphanage to serve as foundation for environment". 2012-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  6. "Strasbourg court rules Turkey must return orphanage to Ecumenical Patriarchate". 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  7. The Holy Monastery of St. George Koudounas. Prinkipo. The Holy Monastery of the Paraclete, Oropos, Attica, Hellas, 2004, стр. 23.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.