Böyükağa Əzimov

Böyükağa Əliqulu oğlu (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı)— kibernetika və hesablama texnikası sahəsində sovet alimi.

Böyükağa Əzimov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri
bayraq2
31 avqust 1963 20 oktyabr 1965
ƏvvəlkiTahirə Tahirova
Sonrakıkomitə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Əliqulu Əzimov
Uşağı

Arzu Əzimov (1960)

Araz Əzimov (1962)

Anar Əzimov (1969)

Həyatı

Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarə etmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur.

B.Əzimov 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir.

"Şərəf nişanı" ordeni ilə təltif olunmuş, "SSRİ neftçıxarma sənayesi əlaçısı" adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 31 avqust 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Kimya elmləri üzrə fəlsəfə doktoru, neft şirkətlərində rəhbər vəzifələrdə çalışmış Arzu Əzimovun, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimovun və fəlsəfə üzrə fəlsəfə doktoru, rejissor və ssenarist Anar Əzimovun atasıdır.

Əsərləri

  • Elektrik modellərində neft yataqlarının işlənməsi məsələlərinin həlli, Bakı, 1975
  • Вопросы нефтебурового электропривода, Баку, 1962
  • Применение математических методов в ЭЧВМ и решению некоторых задач разработки ефтегазових месторождений, Баку, 1969.

Mənbə

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 149.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.